SON XƏBƏRLƏR

İran yeni sualtı qayıq buraxacaq

2021.10.20, 07:36
İran yeni sualtı qayıq buraxacaq

Gunaz.tv

GünAZ TV: İran yanvar ayında yeni qabaqcıl orta sinif sualtı qayıq istismara verəcəyini açıqlayıb.

 

Bu barədə İran Hərbi Dəniz Qüvvələrinin baş komandanı kont-admiral Hüseyn Xanzəndi məlumat verib. Onun sözlərinə görə, Fatih adı verilən bu sualtı qayıq İranda islam rejiminin qurulmasının növbəti il dönümü ərəfəsində istismara veriləcək.

 

Yeni nəsil sualtı qayığın qabaqcıl texnologiyalarla təchiz edildiyini vurğulayan iranlı kont-admiral bu qayıqlarların ölkə su hövzələrindən kənarda verilən tapşırıqları həyata keçirmək iqtidarında olduğunu deyib.

 

O, həmçinin İranın Hörmüz boğazını bağlamaqla bağlı ABŞ-ı təhdid etməsinə də aydınlıq gətirib və bildirib ki, Hörmüz boğazı ölkəsi üçün strateji əhəmiyyət daşıyır və heç bir ölkə enerji baxımından strateji əhəmiyyət daşıyan boğazı bağlamaq istəməz: “Əminik ki, beynəlxalq ictimaiyyət İranın bu mənafeyinə hörmətlə yanaşmaq üçün əlindən gələni edir”- deyə Hüseyn Xanzəndi əlavə edib.

 

Ə.A

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar