SON XƏBƏRLƏR

İran rəsmisi: “Bizim deputatların əksəriyyəti savadsızdır”

2021.10.20, 07:36
İran rəsmisi: “Bizim deputatların əksəriyyəti savadsızdır”

Gunaz.tv

GünAzTV: İranda Konstitsiyaya Nəzarət Şurasının rəhbəri axund Əhməd Cənnəti dekabrın 20-də Tehranda keçirilən bir tədbirdə, İran parlamenti deputatlarının savadsızlığından və onların intelekt səviyyəsinin aşağı olmasından gileylənib.

 

Axund Cənnəti bildirib ki, deputatlığa seçilərək ölkə parlamentinə yol tapan şəxslərin əksəriyyəti, parlament məsələləri, onun funksiyası və fəaliyyəti barədə minimum biliyə də malik deyil: “Təəssüflər olsun ki, bizim deputatların əksəriyyəti savadsızdır. Onların bəziləri parlament məsələləri ilə bağlı ən ibtidai mövzularla da tanış deyillər. Hətta onlar arasında elələri var ki, deputat ola-ola ölkənin ana yasasının mətnini bircə dəfə belə oxumayıb.

 

Vəziyyət belə olan halda, belə bir deputat ölkənin mürəkkəb iqtisadi problemləri barədə, o cümlədən də bahalıq, inflyasiya və digər məsələlərlə bağlı parlament iclaslarında gedən söhbətlərə necə qatıla, necə fikir söyləyə, səs verə bilər.

 

Hesab edirəm ki, deputatları və ya deputatlığa seçilmək istəyən şəxsləri öz qanuni vəzifələri və parlamentin müxtəlif komissiyalarının funksiyaları ilə tanış etdirmək üçün, onlara xüsusu kurslar təşkil etmək, müəyyən təlim keçmək lazımdır”.

 

Qeyd edək ki, İranın parlament seçkilərində, deputatlığa namizədliyi irəli sürmək istəyən şəxslərin səlahiyyətinə əsasən, rəhbəri axund Əhməd Cənnəti olan Konstitusiyaya Nəzarət Şurasında baxılır və savadlı, müstəqil namizədlər heç vaxt şuranın süzgəcindən keçə bilmirlər. Deputatlığa seçilən şəxslər isə savad və intellekt səviyyələrinə görə yox, sadəcə olaraq, hakim rejimə və ölkənin dini liderinə yaxınlığı və bağlılıq dərəcəsinə görə seçilirlər.

 

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar