G7: İran heç vaxt nüvə silahına sahib olmamalıdır
Rusiya: ABŞ-la İran arasında hərbi qarşıdurma yenidən başlaya bilər
FTB SEPAH üzvünü “ən çox axtarılan terrorçular” siyahısına daxil edib
Ukrayna üzrə sülh danışıqları Əbu-Dabidə başa çatdı; Trampın nümayəndələri Moskvaya gedir
QMİ: İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir
Möhsün Rzayi: ABŞ-ın Avropadakı hərbi bazalarını hədəfə alacağıq
İranda insanlar borclarını ödəmək üçün orqanlarını satışa çıxarırlar
İtaliya, Şotlandiya və Şimali İrlandiyada yüzlərlə məktəb bomba təhdidlərinə görə boşaldılıb
İranda polis üç bəlucu güllələdi
Ankara Ermənistanla sərhədin yalnız Bakı ilə sülhdən sonra açılacağını bildirdi
İranda daha iki qadın öldürüldü
ABŞ Ədliyyə Nazirliyi: Üç İran ünsürü Farford bazasında terror planında ittiham olundular
Tokayev ərəbcə sözlərdən imtinaya çağırdı
İran ayda bu qədər raket istehsal edir- "Bloomberg"
İrandan Azərbaycana 34 kq narkotikin keçirilməsinin qarşısı alınıb
“Ynet”: İsrail İranla fərqli müharibəyə hazırlaşır
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
Marağada iki iaşə obyekti bağlandı
Netanyahu ilə Tramp arasında gərgin telefon danışığı baş tutdu
İran AEBA-ya nüvə obyektlərini yoxlamağa icazə vermədi
İranla bağlı məxfi məlumatı paylaşanı 20 milyon dollar mükafat gözləyir
İranda daha üç məhbus edam edildi
Rubio: Tramp müharibə və ya razılaşma əvəzinə İran rejimini boğmaq yolunu seçib – “Axios”
Pompeo: Respublikaçılar İranla müharibəyə görə seçkilərdə səs itirdilər, lakin ABŞ mübarizəni davam etdirməlidir
İran Argentina ordusunu terror təşkilatı elan etdi
Sistan və Bəlucistanda mina partladı- Ölən var
Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib- Qalibaf
Məsud Pezeşkian Türkiyəyə səfər edib
Keçmiş hakimdən qalmaqallı açıqlama: Məndən Traktorun əleyhinə fit çalmağımı istədilər (VİDEO)
ABŞ: İran danışıqlarda qeyri-real şərtlər irəli sürür
İraq İran milli futbol komandasının təyyarəsinin enişinə icazə vermədi
Heqset: ABŞ İranın nüvə obyektlərini yaxından izləyir və yenidən zərbə endirməyə hazırdır
Binabda məhəllələrin Azərbaycan türkcəsindəki qədim adları lövhələrdə
İran polisi etnik bəlucu güllələyib
İranda daha beş etirazçı edama məhkum edildi
Mustafa Kamal Atatürkün anım günüdür
İran zənginləşdirməni birdəfəlik dayandırmalıdır!- Vadeful
İran həbsxanalarında aclıq aksiyası keçirilir
İsrail: İran Yaxın Şərqdən kənar ölkələr üçün də təhlükə olaraq qalır
Tam müharibə vəziyyətindəyik- Mühacirani
İrəvanda Azərbaycanın qədim tarixi abidəsi olan Göy Məscidin iclas zalına erməni şairin adı verildi
Təbriz restoranlarında canlı musiqiyə məhdudiyyətlər tətbiq edildi
Tramp: ABŞ istənilən vaxt İrana yenidən zərbə endirməyə hazırdır
GünAz TV: Güney Azərbaycanlı fəallardan olan şair və yazıçı Əli Xeyrcu və hüquqşünas Nağı Mahmudi Beynəlxalq Ana Dili Günü münasibəti ilə AzadlıqRadiosuna müsahibə veriblər.
Müsahibə olduğu kimi təqdim olunur:
“Traktor”un oyununda azarkeşlər hər 15-ci dəqiqədə ayağa durub deyirlər ki, ana dilində hər kəsə mədrəsə olmalıdır”.
Fevralın 21-i beynəlxalq ana dili günüdür. Hələ də öz ana dilində təhsil ala bilməyən xalqlar var.
O xalqlardan biri də azərbaycanlılardır. Vaxtaşırı bu ölkədə yaşayanlar bu tələbi gündəmə gətirirlər, bununla bağlı həbsə düşən, cəza alanlar da olur.
Milli fəal, yazar Əli Xeyrcu AzadlıqRadiosu-na bu haqda danışır. Söhbətə bir arzusu ilə başlayır: “O gün olsun heç bir uşaq ana dilində təhsil almaqdan məhrum olmasın. Bu, hər kəsin təməl haqqıdır, heç kim bunu dana bilməz. YUNESCO-nun tələbidir ki, dövlət uşaqların ana dilində təhsil almasında görəvlidir, buna yol açmalıdır. Amma biz İranda bunu görməmişik”.
Hazırda Almaniyada yaşayan, hüquqşünas Nağı Mahmudi isə bu məsələnin hüquqi tərəfindən danışır. Onun sözlərinə görə, İran İslam Respublikasının qanunları onlara ana dilində təhsil almağa imkan vermir.
15-Cİ DƏQİQƏ
“İran çoxmillətli dövlətdir. İran Konstitusiyasının 15-ci maddəsində bu ayrı-seçkiliyə qanuni don geyindirilib. Orda deyilir ki, İran millətinin (əslində, İran milləti özü düzgün ifadə deyil) dili, əlifbası farscadır, onun rəsmi qurumlarla məktublaşması, yazışması, əlifbası, dərslikləri farsca olmalıdır. Yalnız Konstitusiya bir istisna tanıyır. İrandakı məhəlli dillərin ədəbiyyat nümunələri qəzetdə, mediada fars dilində çap oluna bilər”, – Mahmudi söyləyir.
Milli fəal Əli Xeyrcu deyir ki, İran Konstitusiyasının 15-ci maddəsinə görə, ayrı dillərin də ədəbiyyatı tədris oluna, KİV-də işlədilə bilər:
“19-cu maddədə deyilir ki, bu ölkədə yaşayan kürd, fars, ərəb, bəluç, türkman arasında fərq yoxdur, hamısı qanun qarşısında bərabərdir. Ancaq təəssüf ki, İranda ana dilində təhsil almaq mümkün deyil. Ona görə də vaxtaşırı etirazlar olur. Azərbaycanın milli fəalları da neçə illərdir bu yolda çalışırlar, mədrəsədə, məktəbdə ana dilində oxumaq istəyirlər. Amma bizim uşaqlar mədrəsədə fars dili öyrənirlər. Sistem elə qurulub ki, başqa xalqlar assimilyasiyaya uğrayır, öz ana dillərini itirirlər”.
Əli Xeyrcu bir də ona təəssüflənir ki, ana dilini tələb edən azərbaycanlılar çox vaxt həbs edilir. Həbs edilənlərdən biri o özü olub. İndi həbsdə başqa milli fəalların olduğunu bildirir: “Abbas Lisani, Lətif bəy Həsəni, Siyamək Mirzayi, İbrahim Nuri və başqaları həbsdədirlər”.
Bununla belə, o, həbslərin milli fəalları qorxutmadığını vurğulayır:
“Təbrizin futbol komandası “Traktor”un oyununda azarkeşlər hər 15-ci dəqiqədə ayağa durub deyirlər ki, Azərbaycan dilində hər kəsə mədrəsə olmalıdır. Niyə 15-ci dəqiqə? Ana Yasanın 15-ci maddəsi ana dilində təhsil almağı haqq kimi tanıyır”.
Amma o, mübarizənin davam etdiyini bildirir: “Fevralın 20-də təkcə Marağada minə qədər imza toplandı ki, ana dilində təhsil alaq”.
“MARŞI GƏNCLƏR OXUYUR”
Nağı Mahmudi isə deyir ki, son illər ana dilində mübarizə güclənib: “2006-cı ildə İranda rəsmi qəzetdə azərbaycanlılarla bağlı karikatura çıxdı və bundan sonra bir oyanış başladı. İndi məktəblərdə ana dilində kitablar paylanır, insanlar milli kimlikləri ilə maraqlanırlar.
Nağı Mahmudi
Bu hadisə dönüş nöqtəsi oldu. İndi İranın böyük-kiçik şəhərlərində, ucqar kəndlərində türklərin məclisində “Azərbaycan marşı” səsləndirilir. Sözlərini Bəxtiyar Vahabzadə yazıb, musiqisini Emin Sabitoğlu bəstələyib.
Azərbaycan, sənsən mənim,
Ülviyyətim, şan-şöhrətim.
Adın mənim öz adımdır,
Sənsiz mənim nə qiymətim.
Azərbaycan, Azərbaycan.
Yaşa, yaşa, Azərbaycan.
Biz tarixə sığınmadıq,
Dünən vardıq, bugün varıq.
Biz dostluğa güvənərək,
Gələcəyə addımlarıq.
Bunu milli fəal Həsən bəy Dəmirçi 40 il öncə dəb saldı. Getdiyi bütün məclislərdə oxuyardı. İndi də gənclər oxuyur.”
N.S
İranda polis üç bəlucu güllələdi
ABŞ Ədliyyə Nazirliyi: Üç İran ünsürü Farford bazasında terror planında ittiham olundular
İrandan Azərbaycana 34 kq narkotikin keçirilməsinin qarşısı alınıb
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
İran Argentina ordusunu terror təşkilatı elan etdi
Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib- Qalibaf
Məsud Pezeşkian Türkiyəyə səfər edib
İran polisi etnik bəlucu güllələyib
Mustafa Kamal Atatürkün anım günüdür
İran həbsxanalarında aclıq aksiyası keçirilir
Tam müharibə vəziyyətindəyik- Mühacirani
Təbriz restoranlarında canlı musiqiyə məhdudiyyətlər tətbiq edildi
Binabda iş qəzası - Ölən var
Təqaüdçülər Həmədan və Zəncanda etiraz aksiyası keçirdilər
ABŞ İranla bağlı surpriz qərar verə bilər - Media
“Gələn həftə Si Cinpin və Putinlə görüşə bilərəm”
İranda daha dörd iaşə obyekti bağlandı
Daha bir etirazçı həbs və edam cəzasına məhkum edildi
İranın infrastrukturunu məhv etmək niyyətində deyilik- Tramp
Prezident İlham Əliyev Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Ərəb ölkələri Məkkə və Mədinəyə hücumları pisləyib
NYT: İsrail ABŞ-ni İranın potensial kimyəvi silah istifadəsi ilə bağlı xəbərdar edib
Qoşaçayda şagirdlər zəhərləndi
İranın Ermənistandakı səfirliyi İrəvanın Göy məscidi haqqında videomaterial yayımlayıb.
Tramp İrana qarşı yeni zərbələr və danışıqlar arasında seçim etməyə çalışır – Axios
Türkiyə Müdafiə Nazirliyi: İran ərazisindən açılan atəş nəticəsində türk əsgəri həlak olub
Tehranda binaların üstündə zenit toplar quraşdırılıb
ABŞ İrana görə daha iki şəxs və bir quruma sanksiya tətbiq etdi
Bu şəhərlər Təbrizə birləşdirilsin- Huşyar
Məkkə bölgəsində pilotsuz uçuş aparatı ələ keçirilib və məhv edilib; müsəlmanların qibləsi yenidən təhlükə ilə üz-üzədir
Qeşm adasında dörd güclü partlayış qeydə alınıb
İran kəşfiyyatının Azərbaycan hava limanlarının peyk görüntülərini əldə etdiyi bildirilir
Qaçqıların deportasiyası üçün ABŞ İranla gizli danışıq aparıb- Associated Press
İranda məhbuslar yenidən aclıq aksiyası keçiriblər
Səudiyyə Ərəbistanı və Suriya Hörmüz boğazında gəmiçiliyə qarşı təhdidlərin dayandırılmasına çağırıb – SPA
ABŞ İrana görə Kanada şirkətlərinə sanksiya tətbiq etdi
Üç şəhərdə daha yeddi məhbus edam edildi
Netaniyahuya görə həbs edilən təbrizli sərbət buraxılıb