SON XƏBƏRLƏR

Milli geyimdə olan 3 soydaşımız səhənd stadionuna buraxılmayıb

2021.10.20, 07:36
Milli geyimdə olan 3 soydaşımız səhənd stadionuna buraxılmayıb

Gunaz.tv

GünAz TV: Təhlükəsizlik qüvvələri milli geyimdə olan “Traxtur” komandasının 3 tərəfdarını stadiona buraxmayıb.

 

Hadisə martın 7-də Təbrizin səhənd stadionunda bu şəhərin “Traxtur” və “Maşınsazi” komandalarının super liqa yarışları çərçivəsində keçirdiyi görüş zamanı baş versə də, bu barədə şənbə günü məlumat yayılıb.

 

Mövzu ilə bağlı Binab (Bin Ev) sakini olan azərbaycanlı fəal Səid Minayi belə bir açıqlama yazıb: “Giriş qapısında duran təhlükəsizlik qüvvələri bizi milli geyimdə olduğumuz üçün stadiona buraxmadı. Biz isə sonda geyimlərimizi bu işlər üçün nəzərdə tutulan otağa təhvil verməyə məcbur olduq və bundan sonra stadiona daxil ola bildik.”

 

Qeyd edək ki, İranda lor, kürd, ərəb, bəluç və s. millətlərə mənsub olan vətəndaşlar hər yerə, o cümlədən ümumi məkanlara sərbəst gedə bilir. Azərbaycanlıların bu məsələdə də ayrı-seçkiliyə məruz qalması xüsusi diqqət çəkir.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar