SON XƏBƏRLƏR

PKK-nın beş terrorçusu təslim oldu

2021.10.20, 07:36
PKK-nın beş terrorçusu təslim oldu

Gunaz.tv

GünAz TV: PKK terror qruplaşmasının 5 üzvü könüllü olaraq Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olub.

 

Bu barədə Lent.az Türkiyə mətbuatına istinad edərək bildirir ki, təslim olanlardan ikisi qadındır.

 

Terrorçular Türkiyənin Şırnak vilayətində "fəaliyyət göstərən" PKK qruplaşmasının üzvləri olub.

 

Məlumata görə, onlar Türkiyənin İraqla sərhəddə yerləşən Habur gömrük-keçid məntəqəsinə gələrək silah-sursatlarını təhvil veriblər.

Hazırda qrup üzvlərinin şəxsiyyəti və törətdikləri əməllər araşdırılır.

 

Məlumatda "könüllülər"in bu addımından sonra PKK-da ruh düşkünlüyünün yaşandığı da vurğulanıb.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar