SON XƏBƏRLƏR

Hüseyn Şəriətmədari: “ETTELAT bəzi məlumatları Keyhan qəzetindən götürür”

2021.10.20, 07:36
Hüseyn Şəriətmədari: “ETTELAT bəzi məlumatları Keyhan qəzetindən götürür”

Gunaz.tv

GünAz TV: İran hökumətinin qəzeti olan “Keyhan”ın direktoru Hüseyn Şəriətmədari iddia edib ki, İranın Kəşfiyyat Nazirliyi olan ETTELAT “bəzi məlumatları Keyhan qəzetindən götürür, çünki hizbullahçı şəxslər hər yerdə var və onlar bizə heç kimdə olmayan məlumatlar ötürürlər”.

 

O, “Tələbələrin İslam Cəmiyyəti Birliyi”nin tədbirində çıxışı zamanı təmsil etdiyi qəzetin “müftə sərvətlər, fitnəkarlar və rüşvətxorlarla mübarizə apardığını” bildirib.

 

Qeyd etmək lazımdır ki, Şəriətmədari artıq 20 ildən çoxdur ki, “dini lider”in “Keyhan” qəzetində nümayəndəsidir və hər zaman fərqli düşünənlər, islahatçılar və İslam Respublikası quruluşunun müxaliflərinə qarşı radikal mövqeyi ilə seçilir.

 

O, çirkli pulların yuyulması ilə mübarizə istiqamətində qanunların qəbul edilməsi məsələsinə də toxunub və bunu “Amerikanı ölkəyə dəvət etmək” kimi dəyərləndirib. Qəzet direktoru FATF layihələrinin İran tərəfindən qəbul edilməsinin də “Amerikaya ölkəyə daha çox təzyiq göstərmək üçün kömək etmək” anlamına gəldiyini deyib.

 

Xatırladaq ki, İran prezidenti Həsən Ruhani digər ölkələrlə ticari və mali münasibətləri davam etdirmək üçün çirkli pulların yuyulması ilə mübarizə istiqamətində qanunların qəbul edilməsinin tərəfdarıdır. Lakin bununla bağlı layihələrin qəbulu Ali Məsləhət Şurasında bir neçə dəfə müzakirələr keçirilməsinə baxmayaraq, hər dəfə təxirə düşüb.

 

Ə.A

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar