SON XƏBƏRLƏR

Ağacların kəsilməsinə etiraz olaraq Ağacəkmə Kampaniyası başlayır – Güney Azərbaycanda

2021.10.20, 07:36
Ağacların kəsilməsinə etiraz olaraq Ağacəkmə Kampaniyası başlayır – Güney Azərbaycanda

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda soydaşlarımız ağacların kütləvi şəkildə kəsilməsinə etiraz olaraq Ağacəkmə Kampaniyasına başlayır.

 

Məqsəd yaşıllıq sahəsini genişləndirməklə yanaşı Azərbaycan əhalisini oyanıq salmaq və hökumət orqanlarının laqeyd münasibətini göstərməkdir.

 

Təşkilatçı qurumlar kampaniya keçirməklə Güney Azərbaycanda Urmu gölündə yaşandığı kimi, daha bir ətraf mühit böhranının qarşısını almağa çalışırlar.

 

Ağacəkmə Kampaniyası  Azərbaycan Assosiasiyası (Əncümən Azərbaycan) və “Traxtur” tərəfdarlarının böyük kanalı (Tractor Club) tərəfindən təşkil olunub. Bütün Azərbaycan əhalisindən kampaniyaya qoşulması, ağac əkərkən çəkdikləri şəkil və videolarını @trees4life adresinə göndərmələri istənilib.

 

Ötən ildən bəri İranın şimal bölgəsinin ağac şirkətləri Güney Azərbaycan meşələrinə üz tutub, onlar ağacları kəsərək öz məntəqələrinə daşıyır.

 

Bundan əvvəl Kəleybərin millət vəkili Qilullah Quluzadə  Qaradağ meşələrinin şimal şirkətləri tərəfindən çöllük əraziyə çevriləcəyi ilə bağlı xəbərdarlıq etmişdir. “Dövlət təxminən bir ildir ölkənin şimalında “meşələrin tənəffüsü” adlı bir layihəni həyata keçirərək ağacların kəsilməsinə 10 il qadağa qoyub. Ona görə də şimal bölgəsinin şirkətləri Qaradağ bölgəsinə üz tutub. Onlar ağacları sürətlə kəsərək məhv edirlər.”- deyə o bildirmişdir.

 

N.S

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar