SON XƏBƏRLƏR

Beynəlxalq hava limanlarında İran təyyarələrinə yanacaq verilmir

2021.10.20, 07:36
Beynəlxalq hava limanlarında İran təyyarələrinə yanacaq verilmir

Gunaz.tv

GünAz TV: İran rəsmiləri bildirirlər ki, bəzi beynəlxalq hava limanlarında bu ölkəyə məxsus təyyarələrə yanacaq verilmir.

 

İranın Mülki Aviasiya Təşkilatının direktorunun aviasiya və beynəlxalq məsələlər üzrə müavini Murtuza Dehqan bu gün bu barədə jurnalistlərə verdiyi açıqlamada deyib ki, bir çox beynəlxalq hava limanında İran təyyarələrinə yanacaq verilməməsi prosesi hələ də davam edir.  

 

O, məsələ ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatına və təşkilatın baş katibinə şikayət etdiklərini bildirib.

 

Qeyd etmək lazımdır ki, Amerikanın rəsmi Tehrana qarşı yenidən sanksiyalar tətbiq etməsindən sonra bir çox ölkələr İrana uçuşları dayandırıblar. Eləcə də, əksər hava limanlarında İran təyyarələri yanacaqla təmin edilmir.

 

Ə.A

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar