SON XƏBƏRLƏR

Əli Babacan AKP-dən istefa verib

2021.10.20, 07:36
Əli Babacan AKP-dən istefa verib

Gunaz.tv

GünAz TV: Türkiyənin tanınmış siyasətçisi, keçmiş iqtisadiyyat naziri Əli Babacan hakim Ədalət və İnkişaf Partiyası (AKP) üzvlüyündən istefa verib.


"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, o, bu barədə yazılı açıqlama yayıb.


Qeyd edək ki, Əli Babacanla baş nazirin keçmiş müavini Bülent Arıncın yeni siyasi partiya quracağı bildirilmişdi.


Xatırladaq ki, Əli Babacan 1967-ci il aprelin 4-də Ankarada anadan olub. O, 2007-2009-cu illərdə Türkiyənin xarici işlər naziri, 2009-2015-ci illərdə Türkiyə baş nazirinin müavini işləyib.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar