SON XƏBƏRLƏR

“Traxtur” komandası “Perspolis”lə qarşılaşacaq – Görüş Türkiyə kanalında yayımlana bilər

2021.10.20, 07:36
“Traxtur” komandası “Perspolis”lə qarşılaşacaq – Görüş Türkiyə kanalında yayımlana bilər

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın “Traxtur” futbol komandası ən prinsipial görüşlərindən birinə hazırlaşır.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının ikinci həftəsində “Traxtur” Tehranın “Perspolis” komandasını Təbrizin səhənd stadionuna qəbul edəcək.

 

Görüş avqustun 30-u yerli vaxtla saat 17:45-də başlayacaq.

 

“Traxtur”-“Perspolis” görüşünü GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.

 

“Traxtur”un Türkiyədən olan baş məşqçisi Mustafa Dənizli cümə günü baş tutacaq görüşün Türkiyənin bir kanalında yayımlana biləcəyini bildirib.

 

“Türkiyə əhalisindən çoxlu mesajlar alıram, hamı bizi dəstəkləyir. Bizim oyunlarımız həm İranda, həm də Türkiyədə izlənilir. Ona görə də üzərimizə ağır məsuliyyət düşür. Ola bilsin ki, “Traxtur”-“Perspolis” görüşü hansısa Türkiyə kanalından yayımlansın.”- deyə Mustafa Dənizli mətbuata verdiyi bir açıqlamada bildirib.

 

Qeyd edək ki, “Perspolis”, “Traxtur” klubu üçün ən pronsipial komandalardan biridir. Həm rəqib kimi, həm də bu komanda və “İstiqlal”la görüşlərdə davamlı olaraq Azərbaycan türk millətinin ünvanına təhqiramiz şüarlar səsləndirilir. Bu cəhətdən cümə günü səhənd stadionunda keçiriləcək görüşdə çox sayda “Traxtur” tərəfdarının tamaşaçı qismində iştirak edəcəyi gözlənilir.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar