SON XƏBƏRLƏR

Şərqi Azərbaycandan göndərilən VİDEO: Qiymətlər qalxmaqda davam edir

2021.10.20, 07:36
Şərqi Azərbaycandan göndərilən VİDEO:  Qiymətlər qalxmaqda davam edir

Gunaz.tv

GünAz TV: Son vaxtlar İran və Güney Azərbaycan əyalətlərində hökm sürən qeyri-adi bahalıq öz davamlılığını qoruyur.

 

Bu barədə Şərqi Azərbaycandan olan bir soydaşımız yerli xəbər agentliklərinə bir video göndərərək bazarda qiymətlərin günü-gündən artdığını bildirib.

 

Videoda qeyd olunub ki, inflyasiya tempi və dolların qiymətinin son vaxtlar nisbətən düşməsi qiymətlərə heç bir müsbət təsir göstərməyib, bahalaşma olduğu kimi davam edir.

 

https://www.youtube.com/watch?time_continue=44&v=Z0bi9hK33RY

 

 

Qeyd edək ki, Son aylarda İranda dolların məzənnəsi nisbətən sabitdir, hətta ucuzlaşıb. Hökumət inflyasiya dərəcəsinin də sabitləşdiyini bildirir. Bu vəziyyətdə ölkə bazarlarında ən azı xaricdən idxal edilən məhsullar ucuzlaşmalıdır. Lakin bunun əksinə şahid oluruq. Bu göstərir ki, dolların məzənnəsi dövlətin müdaxiləsi ilə süni şəkildə sabit saxlanılır və inflyasiya barəsində açıqlanan statistik məlumat da həqiqəti əks etdirmir.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar