SON XƏBƏRLƏR

İranlı deputatlardan "Sepah"ın sərnişin təyyarəsini vurmasına dəstək: "Bu, ailənin bir üzvünün səhvi idi"

2021.10.20, 07:36
İranlı deputatlardan "Sepah"ın sərnişin təyyarəsini vurmasına dəstək: "Bu, ailənin bir üzvünün səhvi idi"

Gunaz.tv

GünAz TV: İran Milli Məclisinin deputatları Ukrayna hava yollarına məxsus təyyarənin "Sepah" tərəfindən raketlə vurulması ilə əlaqədar bəyanat yayıblar.

 

186 millət vəkilinin hazırladığı və bu gün Milli Məclisin plenar iclasında oxunan bəyanatda "Sepah"ın İraqda yerləşən Amerika bazaları da öyülüb.

 

"Təyyarənin Sepah tərəfindən vurulması ailənin 1 üzvünün səhvi idi. Düşmənlərin bu məsələdən öz mənafeləyinə uyğun istifadə etməsinə icazə verməyəcəyik. Eləcə də, Sepahın təyyarənin vurulmasını etiraf edərək məsuliyyəti öz üzərinə götürməsi və düzgünlüyü millət vəkillərinin ürəklərində dərin iz buraxdı", - deyə bəyanatda qeyd edilir.

 

İclasda spiker Əli Laricani Parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasından təyyarənin vurulma səbəblərini ciddi araşdımağı, eləcə də bir daha bu cür hadisələrin baş verməsinin qarşısını almaq üçün addımlar atmağı istəyib.

 

Digər tərəfdən, millət vəkili Məhəmməd Cavad Əbtəhi bildirib ki, iclas zamanı bəzi deputatlar Almaniya, Fransa və İngiltərənin Qasım Süleymaninin Amerika tərəfindən öldürülməsini müsbət dəyərləndirdiyini nəzərə alaraq, bu 3 ölkə ilə əlaqələri konsulluq səviyyəsinə endirməklə bağlı Milli Məclisə təklif irəli sürüblər.

 

Ə.A

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar