SON XƏBƏRLƏR

Sofiyanda mağaza sahibləri mülkiyyətlərinin Vəqflər İdarəsi tərəfindən ələ keçirilməsinə etiraz bildirib – VİDEO

2021.10.20, 07:36
Sofiyanda mağaza sahibləri mülkiyyətlərinin Vəqflər İdarəsi tərəfindən ələ keçirilməsinə etiraz bildirib – VİDEO

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Sofiyan şəhərində mağaza sahibləri mülkiyyətlərinin Vəqflər İdarəsi tərəfindən ələ keçirilməsinə etiraz bildirib.

 

Onlar bu məqsədlə bazar günü, fevralın 2-də işə çıxmayıb. Mağazalarını bağlayan soydaşlarımız Vəqflər İdarəsinə etiraz olaraq şəhərin Məscid-i Camiisinə toplaşıblar. Etirazçılar “Heç millət belə bir ədalətsizlik görməyib” və “Mülkiyyətimizin sənədləşdirilməsi bizim haqqımızdır” şüarları yazılmış kağızlar da nümayiş etdiriblər.

 

https://www.youtube.com/watch?time_continue=12&v=XqAnZX05iA4&feature=emb_logo

 

Şərqi Azərbaycan Vəqflər İdarəsi əhalinin ev, obyekt və torpaqlarını ələ keçirmək məqsədi ilə Sofiyan şəhərində 37 min hektar ərazinin Vəqflər İdarəsinə aid olduğunu, bu ərazilərin vaxtı ilə vəqf edildiyini iddia edir.

 

Vəqflər İdarəsi nəzərdə tutduğu planı həyata keçirərsə, çox sayda şəhər əhalisi ev və iş yerini itirərək bir çox maliyyə sıxıntıları ilə üz-üzə qalacaq.

 

2019-cu ilin son günlərində də Sofiyan Əhalisi mülkiyyətlərinin dövlət orqanı tərəfindən ələ keçirilməsinə qarşı etiraz bildirmişdir.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar