SON XƏBƏRLƏR

İranda kustar partlayıcının partlaması nəticəsində 6 ev dağılıb- Ölən və yaralananlar var

2021.10.20, 07:36
İranda kustar partlayıcının partlaması nəticəsində 6 ev dağılıb- Ölən və yaralananlar var

Gunaz.tv

GünAz TV: İranın Tehran əyalətinin Nəsimşəhr bölgəsində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

 

Ötən gün yaşayış binalarından birinin 4-cü mərtəbəsində kustar üsulla əyləncə məqsədi üçün hazırlanmış partlayıcı partlayıb. Partlayışın gücündən binanın 2 mərtəbəsi dağılmaqla yanaşı, ətrafda olan 6 evə də ciddi ziyan dəyib.

 

Hadisə nəticəsində iki nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.

 

İran Fövqəladə Hallar Təşkilatının Tehran əyaləti şöbəsi faciənin partlayış baş verən evdə çərşənbə günləri və Novruz bayramında partlatmaq üçün nəzərdə tutulan kustar partlayıcıların qəfil partlaması nəticəsində baş verdiyini bəyan edib. Təşkilatın açıqlamasında bildirilir ki, həmin evdə partlayıcının qalıqları da tapılıb.

 

Qeyd etmək lazımdır ki, İranda hər il Novruz bayramı ərəfəsində və bayram günlərində bu cür hadisələr yaşanır. Kustar üsulla hazırlanmış partlayıcılar çoxlu sayda insanın ölüm və yaralanması ilə yanaşı, evlərin də dağılması və ya yanmasına səbəb olur.

 

Ə.A

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar