KİV: ABŞ “George Washington” aviadaşıyıcısını Yaxın Şərqə göndərəcək
Rusiya neft tankeri Oman sahillərini təhdid edir
SEPAH: Hörmüz boğazı İranın nəzarətindədir
Husilər Səudiyyə Ərəbistanında neft emalı zavoduna dron hücumu edib
Husilər Səudiyyə Ərəbistanının neft obyektlərinə hücum edib
İranın dəniz mühasirəsi qeyri-müəyyən müddətə davam edə bilər
Azərbaycana narkotik keçirməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb
İranda hicaba görə daha iki iaşə obyekti bağlandı
Güneyli yeniyetmə Asiya çempionu oldu
Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı müdafiə sazişi çərçivəsində hərbi mexanizmlər yaradacaq
SEPAH-ın Qüds Qüvvələrinin komandanı İraq qruplaşmalarını silahlarını saxlamağa çağırıb – Al Hadath
"Traktor" oyunlarını Omanda keçirəcək
Kəleybərdə qızıl filizinə görə 15 nəfər həbs edildi
Təxminən 500 nəfər məhkəmə yolu ilə “Əlihan” adlı doğum haqqında şəhadətnamə alıb, lakin bu ad hələ də qadağandır
Abbas Lisani son otuz ildə zorakılıqsız mübarizə və vətəndaş itaətsizliyinin öncüllərindən biridir
İranlı deputat: Hörmüz boğazı nüvə bombasından daha dəyərlidir
İran rəsmisi milli birliyi media üçün “qırmızı xətt” adlandırıb
X husilərin hərbi sözçüsü Yəhya Səriinin hesabını məhdudlaşdırıb
Məşhəddə güclü yanğın olub
İran Hörmüz boğazına nəzarət edir – Bəsic komandiri
Pezeşkianın müşaviri ABŞ ilə danışıqları müdafiə edib
ABŞ İranın dəniz blokadasını bərpa etdikdən bəri 59 gəminin istiqamətini dəyişib
KİV: İran və ABŞ arasında danışıqlarda irəliləyiş əldə edilməyib
İranda polis mülki şəxsi güllələdi
Güney Azərbaycanlı fəal Ukrayna prezidentinə müraciət edib
Sepah-da qulluq edənlər Kanadadan qovulur
ABŞ regiondakı səfirlikləri müharibə şəraitinə hazırlayır - Media
Bab əl-Məndəbdəki hücumların qarşısını almağa kömək edin - Takaiçi
İranda yanacaqdoldurma məntəqələrində izdaham yarandı
30-dan çox ölkə İrandan edam cəzalarına son qoymağı tələb edib
SEPAH ilk dəfə ABŞ mediasına müsahibə verdi (Video)
Yaponiya Tehrana: Tezliklə razılaşın
Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir və onu qoruyub saxlayacaq
Pezeşkian hazırkı müharibənin əvvəlkilərdən daha mürəkkəb olduğunu bildirib
Urmiya gölünün son vəziyyəti açıqlandı
Pakistan daxili işlər nazir Abbas Araqçı ilə görüşdü
Diplomatik kanalları fəallaşdırmağa davam edəcəyik- Pakistan
İranlılarla israillilər bir layihədə əməkdaşlıq edirlər
"Anadolu": ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib
İranda daha üç sünni fəal həbs edildi
YUNESKO: Taliban 2,4 milyon əfqan qızı təhsildən məhrum edib
İqtisadi təzyiq: İranda saç da “gəlir mənbəyinə” çevrilib
GünAzTv: Tarix elmləri üzrə fəlsəfə doktoru Vaqif Abışovun sözlərinə görə, Türkmənçay müqaviləsi qüvvədən düşərsə onda Gərək Azərbaycan birləşsin.
İran parlamentinin milli təhlükəsizlik komissiyasının üzvü Seyid Hüseyn Nəqəvi Hüseyni jurnalistlərə açıqlamasında İranın Xəzər dənizindəki hüququndan danışarkən İranla Rusiya arasında imzalanmış Türkmənçay müqaviləsinin başa çatdığını bildirib.
"Media forum" saytının məlumatına görə, Seyid Hüseyn Nəqəvi Hüseyni bildirib ki, Xəzər hövzəsinin statusunu müəyyənləşdirmək üçün Xəzəryanı ölkələr arasında aparılan bütün danışıqlar nəticəsiz qalıb: "İranın bir sıra bölgələri Türkmənçay müqaviləsinə əsasən Rusiyanın ixtiyarına (açıqlamasında Seyid Hüseyn Nəqəvi Hüseyni "keçmiş Sovet İttifaqının ixtiyarına" deyib - "Media forum") verilib. Lakin bu müqavilənin müddətinin başa çatması o deməkdir ki, İran İslam Respublikasının bu bölgələrdəki əvvəlki hüququ yenidən bərpa edilə bilər. Bununla belə, Türkmənçay müqaviləsindən sonra bu ölkələrdə (MDB ölkələrini nəzərdə tutur - "Media forum") müəyyən olaylar baş verdi. Hazırkı beynəlxalq bölgülər də həmin müqavilədən sonra ortaya çıxıb. Dünya ictimaiyyətində rəy yaratmaq lazımdır ki, bu ərazilər vaxtilə İrana məxsus olub və Xəzər dənizinin mülkiyyəti də tamamilə İranın ixtiyarında olub.İran İslam Respublikasının mövqeyi belədir ki, Xəzərin İran hakimiyyəti altında olan sektorunda dəyişiklik baş verməyib. Dəyişiklik yalnız keçmiş sovet hakimiyyətinin nəzarəti altında olan hissədə baş verib. Məhz buna görə də İranın Xəzər dənizindəki payının həcmində dəyişiklik olmamalıdır. Lakin Xəzəryanı ölkələr arasında bu barədə fikir ayrılığı var. Onlar daha böyük iddialar irəli sürür, İranın payına etiraz edirlər".Seyid Hüseyn Nəqəvinin fikirləri İranın Azərbaycan Respublikasına qarşı növbəti ərazi iddialarını əks etdirir. Bu onu göstərir ki, İran Azərbaycanın yalnız Xəzər dənizindəki ərazilərinə deyil, bütün torpaqlarına sahib çıxmaq arzusundadır. Xatırladaq ki, bu günlərdə İranın Şimal meşələrinin mühafizəsi idarəsi Azərbaycana məxsus Hirkan milli parkına da iddia qaldırıb. 1828-ci il Türkmənçay müqaviləsi ilə Cənubi Azərbaycanı işğal edən fars şovinistlərinin daimi məqsədlərindən biri Güney Azərbaycan torpaqlarını da zəbt etmək olub. Seyid Hüseyn Nəqəvinin iddiaları noyabrın 19-20-də Xəzərin statusuna həsr olunmuş sammitdə iştirak etmək üçün Bakıya gələn İran prezidenti Mahmud Əhmədinejadın Azərbaycan Respublikası haqqında dediyi "qardaş ölkə" ifadəsinin səmimiyyətdən nə qədər uzaq olduğunu bir daha təsdiqləyir. Tarix elmləri üzrə fəlsəfə doktoru Vaqif Abışovun sözlərinə görə, Türkmənçay müqaviləsi qüvvədən düşərsə, İran rəsmiləri onu da nəzərə almalıdır ki, Azərbaycanın birləşməsi məsələsi gündəmə gələ bilər: "Biz də istəyirik ki, Türkmənçay müqaviləsinin nəticələri ləğv edilsin, Azərbaycan bütövləşsin. İran parlamentinin deputatı Türkmənçay müqaviləsinin qüvvədən düşdüyünü o mənada deyir ki, İran Qüzey Azərbaycana qarşı daim ərazi iddialarıyla çıxış edib. Bunu biz 1918-ci ildə də gördük. İran 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini tanımayıb. Şərt irəli sürüblər ki, Azərbaycan Xalq Cümhuriyyətinin adından Azərbaycan sözü götürülsün. Məcbur olub Qafqaz Azərbaycanı sözünü işlədiblər. İran tarix boyu, bu gün də Azərbaycan Respublikasının müstəqilliyini və ərazi bütövlüyünü qəbul etmək istəmir. Baxmayaraq ki, İranla ikitərəfli əlaqələrimiz var, onlar şovinist siyasətlərindən əl çəkmirlər. İran hesab edir ki, SSRİ dağıldığına görə Türkmənçay müqaviləsinin şərtlərinə yenidən baxmaq lazımdır. Bəli, bu müqavilənin şərtlərinə yenidən baxmaq olar, amma Azərbaycanın əvvəlki ərazilərini bərpa etmək şərtilə. Türkmənçay müqaviləsi 1828-ci il fevralın 9-dan 10-a keçən gecə Azərbaycan nümayəndələrinin iştirakı olmadan Rusiya imperiyası ilə Qacarlar imperiyası arasında bağlanıb. Nəticədə, böyük bir xalqın torpağı ikiyə parçalanıb. Bunun nəticəsidir ki, hazırda İranda Azərbaycan türklərinin sayı farslardan çoxdur. Yəni bu torpaqlarda 35 milyon azərbaycanlı yaşayırsa, farsların sayı 25 milyondur. Şimali Azərbaycanda da tarixi sənədlər sübut edir ki, 1828-ci ilə qədər xanlıqlar olub. Qarabağ xanlığı, İrəvan xanlığı, Şəki xanlığı, Gəncə xanlığı, Quba xanlığı, Bakı xanlığı, Lənkəran xanlığı və sairə. Ağa Məhəmməd Şah Qacar Cənubi Azərbaycanı öz hakimiyyəti altında birləşdirə bilmişdi. Amma Şimali Azərbaycan Türkmənçay müqaviləsinə qədər əsarət altında olmayıb. Bu da onunla bağlı idi ki, xanlıqlar ikitərəfli siyasət aparıblar. Bir qrupu Rusiya imperiyası ilə, bəziləri Qacarlar hakimiyyəti ilə, bir qrupu da Osmanlı imperiyası ilə əməkdaşlıq ediblər. Onlar öz müstəqilliklərindən imtina siyasəti aparmayıblar. Yalnız Qacarlar sülaləsi zəifləyəndən sonra yaranmış tarixi şəraitdən Rusiya imperiyası istifadə etdi. Onu da deyim ki, Türkmənçay müqaviləsinin Rusiya tərəfindən hazırlanmış variantında Azərbaycan xanlıqları, İran tərəfindən hazırlanmış variantında isə "Azərbaycan vilayəti" sözü işlənir. 1979-cu ildə nəşr olunmuş bir kitabın müəllifi Türkmənçay kəndinə gedir və görür ki, kənd çox pis vəziyyətdədir, palçığın içindədir. Kənd sakilərinin birindən soruşur ki, bu kənd tarixə düşüb, niyə belə vəziyyətdədir? Bura Tehranla Təbrizin arasında yerləşir, inkişaf etməli idi. Kəndli cavab verir ki, Azərbaycan ərazisi bu kənddə parçalandığına görə, Allah-təala buranı qarğıyıb. Yəni bütün sənədlər sübut edir ki, bu yerlər Azərbaycan ərazisidir. İranın Azərbaycan Respublikasına ərazi iddiaları irəli sürməsi cəfəngdir. İran Şimali Azərbaycana Aran deyə müraciət edir". Tarixçi alim bildirdi ki, Türkmənçay müqaviləsinə qədər Xəzər dənizinin İrana məxsus olması barədə deyilənlərin də heç bir əsası yoxdur. Xəzər dənizində şimaldan Rusiyanın, qərbdən Dərbənd xanlığının, Quba xanlığının, Bakı xanlığının donanmaları üzüb: "Türkmnəçay müqaviləsinə qədər Xəzər dənizinə heç bir dövlətin rəsmi statusu olmayıb. Xəzərin sularından Azərbaycan xanlıqlarının gəmiləri də, Qacarların hakimiyyəti dövründə İran da, Rusiya da Həştərxan limanı vasitəsilə istifadə edib. İran Xəzər dənizinin ona məxsus olmasını təsdiqləyən heç bir sənəd ortaya qoya bilməz. Rusiyada sovet hakimiyyəti qurulandan sonra 1921-ci ildə İranla sovet hökuməti arasında bağlanmış müqaviləyə görə İranla çar Rusiyası arasında imzalanmış müqavilələrə xitam verildi. Çox təəssüf ki, orada Azərbaycanın parçalanmış ərazisindən söhbət getmir. Lenin hökuməti ilə Qacarlar hakimiyyəti arasında bağlanmış müqavilədə qeyd edilir ki, indiyə qədər bağlanmış müqavilələr qüvvədən düşdüyünü elan edir. Ancaq konkret deyilmir. Xəzər dənizində isə kim güclü olubsa, onun da donanması üzüb. Bakı, Dərbənd, Ənzəli limanları həmişə Azərbaycana məxsus olub. Azərbaycan xanlarından icazə alıb ora müdaxilə ediblər. Məsələn, Quba xanı Fətəli xan Dağıstan feodallarının hücumundan qorunmaq üçün Rusiyaya müraciət etmişdi ki, hərbi gəmilərlə kömək etsin. Qacarların gəmisi yox idi. Rusiya da general Medeninin iştirakı ilə donanma göndərdi və feodalların təcavüzünün qarşısı alındı. Bütün bu tarixi faktlar İranın iddialarının təxribat olduğunu təsdiqləyir".
Təxminən 500 nəfər məhkəmə yolu ilə “Əlihan” adlı doğum haqqında şəhadətnamə alıb, lakin bu ad hələ də qadağandır
Abbas Lisani son otuz ildə zorakılıqsız mübarizə və vətəndaş itaətsizliyinin öncüllərindən biridir
İran rəsmisi milli birliyi media üçün “qırmızı xətt” adlandırıb
İran Hörmüz boğazına nəzarət edir – Bəsic komandiri
Pezeşkianın müşaviri ABŞ ilə danışıqları müdafiə edib
Sepah-da qulluq edənlər Kanadadan qovulur
Bab əl-Məndəbdəki hücumların qarşısını almağa kömək edin - Takaiçi
İranda yanacaqdoldurma məntəqələrində izdaham yarandı
Hindistan İrana dərman ixracını dayandırıb- Nazir
Hörmüz boğazında gəmiçilik son həftənin ən aşağı səviyyəsinə düşüb – Reuters
İranda minlərlə məhbus yenidən aclıq aksiyası keçirdi
Təqaüdçülər Təbriz və Həmədanda etiraz aksyası keçiriblər
Venesuela illər sonra İsrailə dostluq əlini uzatdı
Husilər Səudiyyə Ərəbistanının gəmilərinə və hərbi obyektlərinə hücumları davam etdirəcəklərini bildiriblər
İranda ictimai iaşə obyektlərinə qarşı yeni təzyiq dalğası: ən azı üç kafe möhürlənib
ABŞ-ın blokadası İrana ildə 18 milyard dollara başa gələ bilər
İran-ABŞ gərginliyi fonunda Hörmüz boğazından keçən gəmilərin sayı 10 günlük orta göstəricidən də aşağı düşüb – Reuters
Almaniya İrandan boğazı açmasını istədi
Ərdəbilli təqaüdçülər etiraz aksiyası keçiriblər
Hörmüz boğazına 100 faiz nəzarət edirik- ABŞ Prezidenti
İranda oğurlanan hökumət məddahı öldürülüb
İranda daha bir bəhaiyə ağır həbs cəzası verildi
İran hərbçiləri Sistan və Bəlucistanda dörd bəlucu öldürdü
Yaponiya Hörmüz boğazına qüvvə göndərəcək?
İki bəluc fəala ağır həbs cəzası verildi
İranda hakimiyyət balansı dəyişirmi? Ali Milli Təhlükəsizlik Şurasına yeni katib təyin oluna bilər
İran rəhbərliyi Müctəba Xameneinin səhhətinin ağırlaşmasından narahatdır
WSJ: ABŞ kəşfiyyatı Putinin yaxın illərdə NATO-ya məhdud hücum edə biləcəyini düşünür
Fox News: İsrail və ABŞ İranla gərginlik fonunda "Arrow" raketdən müdafiə sistemini uğurla sınaqdan keçirib
Qəzvinli 18 yaşlı azərbaycanlı şagird Şəqayiq Əfşar Nəcəfi 9 il həbs və əlavə cəzalara məhkum edilib
İranın dəstəklədiyi husilər Məkkə Birgə Müdafiə Sazişini əhəmiyyətsiz sayıb
İranda çevrilişə çağırış edən radikal din xadimi məhkəməyə çağırıldı
İran Azərbaycanla bağlı ideoloji təbliğatını artırıb
Məkkə sazişi; yeni müdafiə paktı Yaxın Şərqin təhlükəsizlik balansını dəyişəcəkmi? – Təhlil
Qəzvində 24 yaşlı qadın edam edildi
The Jerusalem Post: Rejim dəyişikliyinin baş tutması üçün İrandakı etnik qrupların birliyi olmalıdır
İraqdan açıqlama: İranla əlaqəli qrup əməliyyat planlaşdırıb
ABŞ Senatı İran və Rusiya ilə bağlı qanun layihəsini təsdiq etdi