SON XƏBƏRLƏR

İranın Nəcəfə uçuşları yenidən bərpa olunur

2026.10.02, 20:27
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur

Gunaz.tv

“Günaz TV”nin məlumatına görə, İraq ABŞ-dan sanksiyalardan azadolma aldıqdan sonra İran aviaşirkətlərinə Nəcəf Beynəlxalq Hava Limanına və bu hava limanından gündəlik 40 uçuş həyata keçirməyə icazə verib.

Bu icazə “Mahan Air”ə şamil edilmir. Qərar ABŞ-ın İran aviasiya sektoruna qarşı sanksiyalarından sonra İran və İraq arasında uçuşların dayandırılmasının ardından qəbul edilib.

İraq Baş nazirinin ofisi bildirib ki, bu addım xüsusilə tibbi müalicə, dini ziyarət və turizm məqsədilə səfər edən sərnişinlərin gediş-gəlişini asanlaşdıracaq. Bağdad ABŞ hökumətinin sanksiyalardan azadolma ilə bağlı müraciətinə müsbət cavab verməsini alqışlayıb.

Bundan əvvəl ABŞ İraq Hava Yollarının İran istiqamətində uçuşlarını da məhdud şəkildə bərpa etməsinə icazə vermişdi. Bu güzəşt sərnişinlər və uçuş marşrutları ilə bağlı ciddi şərtlər əsasında verilib.

 

Günaz TV 
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar