İranın neft naziri istefa verdi
ABŞ bu vaxta kimi hərbi münaqişəyə girməyəcək- Brucerdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
GünAzTv mətbuat mərkəzinin növbəti Şimali Dakota Universitetinin müəllimi, assistent-professor Fariz Hüseynovdur.
-Fariz bəy, dünya mediasının gündəmini basan “WikiLeaks” məlumatlarının yayılmasının arxasında hansı faktorlar dura bilər?
-İndi ortaya çox iddia atılır. Amma gərək hər iddianın arxasında onun izahı, sübutu olsun. Yoxsa konspirasiyadan uzağa getmək olmaz. Hələ ki, daha sağlam izah bir kəşfiyyatçının (Bradley Manning) əli çatan məxfi sənədləri oxuyub xalqdan gizlədilənləri görməsi və bunu mediaya çatdırmaq istəməsidir. Bağdad ətrafında fəaliyyət göstərən bu kəşfiyyatçı 2010-cu ilin iyun ayında ortaya çıxan bir jurnalistlə yazışmalarında İraq və Əfqanıstanla günahsız insanların həbs edilməsi, öldürülməsi ilə bağlı faktların, gizli diplomatik yazışmaların daxil olduğu yüz minlərlə sənədi ələ keçirdiyini və mətbuata sızdırmaq istədiyini yazır. Bu barədə mətbuatda da çoxlu müzakirə getmiş, hökümət də tədbir olaraq həmin kəşfiyyatçını həbs etmişdi. Ancaq görünür kəşfiyyatçı artıq ilin əvvəlində fevral ayına qədər olan sənədləri yükləyib “Wikileaks”ə verib. Bir qrup Çinli dissidentin qurduğu “Wikileaks” 2007-ci ildən bəri bir neçə dəfə gizli məlumatlar açıqlayıb. Buna Çinin Tibetdə etdikləri, ABŞ-ın Quantanamodakı işgəncə faktları kimi məlumatlar daxildir. Deməli “Wikileaks” təsadüfi seçim deyil. Sadəcə maraqlıdır ki, iyundan bəri bu sənədlərin mətbuata sızmasının qarşısı alına bilməyib və bir ay əvvəl İraq və Əfqanıstanla bağlı ortaya çıxarılan faktlar ABŞ hökümətinə çox ziyan vurmuşdu.
Hər nə qədər təəccüblü olsa da bu cür hadisələr ilk dəfə deyil. Məsələn 1971-ci ildə Daniel Ellsberg tərəfindən sızdırılan Pentaqon sənədləri də Trumandan Johnsona qədər prezidentlərin Vyetnam müharibəsi və ondan əvvəl ABŞ cəmiyyətini nə qədər yanlış istiqamətləndirdiyini göstərmişdi.
İndi əsas başqa suallar var: niyə 6 ay ərzində bu sənədlərin sızmasının qarşısı alına bilməyib – bəlkə “ələk”dən keçirilib? cablegate.wikileaks.org saytında 251.287 faylın açıqlanacağı göstərilib və artıq 291 sənəd yüklənib. İndi hissə-hissə açıqlanan sənədlərin hansının nə vaxt açıqlanacağına kim qərar verir? Məsələn Yerevandan mənşələnən sənədlərin sayı bir neçə mindir, ancaq hələ cəmi bir sənəd mətbuata çıxıb.
-Sizə elə gəlmirmi ki, bu, məsələlərin arxasında Amerika dövlətinin özü durur?
-Bu konspirasiya xarakterli məlumatlar həmişə olur, ancaq dediyim kimi gərək məntiqi izahı olsun. Həm də bəzi suallara cavab versin. ABŞ onu çətin vəziyyətə salacaq İraq, Əfqanıstanda sivilləri necə öldürdüyünü və ya məxfi diplomatik yazışmaları niyə açıqlasın? Məsələn Bağdad yaxınlığında Apache helikopterinin sivilləri, jurnalistləri səhvən bombalamasını göstərən videonu yaymağın ABŞ-a xeyri nədir? Yeni açıqlanan sənədlərdə yazılanlar Amerikan diplomatları tərəfindən hazırlanıb. ABŞ Yaxın Şərqdəki ölkələrin bir-birinə münasibətini, Pakistan-Əfqanıstan əlaqələrini, Çin-Şimali Koreya əməkdaşlığını vəs. kimi məlumatları çox yaxşı bilərək ona görə xarici siyasətini qurur. Sanki ABŞ bu məlumatları mətbuata açıqlamasa öz işini rahat görə bilməyəcəkdi? Əksinə bu şəffaflıqdansa gizli gizli iş görmək daha sərfəlidir. Bir də bu hadisə ABŞ-ın diplomatiyasına, məxfi danışıqlara olan güvəni azaldacaq.
Əgər doğrudan da kimsə inanırsa ki, ABŞ qəsdən bu yazışmaları açıqlayıbsa onda bu ölkənin xarici siyasətində qeyri-adi şəffaflıq dövrünün başladığına da inanmalıdır.
Məncə düşüncə tərzi dəyişməlidir. Bugün Julian Assange ABŞ tərəfindən tutulub, ölümə məhkum edilsə, yenə deyilcək yox, Assange ABŞ-ın agenti idi, Wikileaks qurdular, indi də öldürürlər. Bunu deyərkən də heç bir sübuta, dəlilə istinad etməyəcəklər.
-Sizcə, bu olay geopolitik baxımından hansı dəyişiklərə gətirib çıxardacaq?
-Hələ ki, konkret nəsə demək çətindir. Ancaq hər ölkə xarici siyasətini müəyyən edəndə müxtəlif amilləri nəzərə alır, kifayət qədər informasiya toplayıb ona görə hərəkət edir. Hələ ki, acıqlanan sənədlər elə böyük gözlənilməz məlumatlarla dolu deyil. Sadə bir vətəndaş üçün belə ola bilər, amma inanmıram dövlət rəsmiləri üçün çox gözlənilməz məlumatlardır. Sadəcə bəzi ölkələr bir-biri haqda nə fikirləşdiyini öyrənəcək və xarici siyasətlərinə müəyyən istiqamət verəcəklər. Bəzi qapalı ölkələrin xalqları öz liderlərini daha yaxşı tanıyacaq. Az ehtimal var ki, Yaxın Şərqdə müsəlman ölkələri arasında gərginləşsin. Ancaq bu ölkələr onsuz da bir-biri haqda lazımı informasiyaya sahib idilər. Pakistan, İran və Şimali Koreya kimi ölkələrə qarşı təzyiqlər arta bilər. Ən azından məxfi sənədlər bir çox ölkənin bu ölkələrin siyasətindən (xüsusən də İranın) narazı olduğunu göstərir.
Bir məsələyə də diqqəti çəkmək istərdim ki, bəzi sənədlərdə məlumat verənin adı gizlənsə də bəzilərində açıq göstərilir. Bu da o adamların həyatına təhlükə törədə bilər.
Paralel olaraq ABŞ diplomatiyasına, məxfi danışıqlara güvən azalacaq, bəlkə də diplomatlar daha qeyri-şəffaf olmağa çalışacaqlar.
-Saytda Ermənistanın İrana silah satdığı haqqında da fikir öz əksini tapıb. Bu, olay Amerika-Ermənistan münasibətlərin gərginləşməsinə səbəb olacaqmı?
-Ermənistanın İrana silah satması ABŞ höküməti üçün yeni xəbər deyil, çünki elə sənədi də hazırlayanlar ABŞ rəsmiləridir. Bu barədə hələ ki, bir sənəd açıqlanıb, məsələnin necə davam etdiyini bilmirik, amma təəccüblənirəm ki, niyə ABŞ höküməti Ermənistana qarşı daha sərt sanksiyalar irəli sürməyib. Bu ilin martında Gürcüstan üzərindən nüvə materiallarını keçirərkən yaxalanan Ermənistan vətəndaşlarını da yaddan çıxartmayaq. Ümid edirəm bu məlumatların ABŞ mətbuatında çıxması hökümət üzərində təzyiq yaradar və daha sərt addımlar atılar. Azərbaycan tərəfi bu məsələni qabartmalı və müxtəlif vasitələrdən istifadə edərək Ermənistana qarşı sərt tədbirlər tələb etməlidir. Ermənistanın İrana satdığı silahlarla Amerikan əsgərlərinin öldürüldüyünü ABŞ rəsmiləri yaxşı bilirdi, indi də ictimaiyyəti öyrəndi. Xüsusilə, hər il Ermənistana edilən maddi yardımlar kəsilməlidir.
Təki, Wikileaks Ermənistan haqqında daha çox sənəd açıqlayıb bu rejimin iç üzünü dünya ictimaiyyətinə çatdırsın. Xüsusilə İrana silah transferində işğal olunmuş Dağlıq Qarabağ ərazisinin istifadə olunması ilə bağlı dəlillər ortaya çıxarsa bunlardan istifadə edərək Dağlıq Qarabağın Azərbaycana qaytarılmasının nə qədər vacib olduğunu göstərmək lazımdır.
Söhbətləşdi: Elnur Eltürk
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran NPT-dən çıxmağa hazırlaşır
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Həmədanda iş qəzaları- 147 nəfər...
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Qazaxıstan Rusiyaya nota verib
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub