SON XƏBƏRLƏR

"Qonşu ölkələrdə sionistlərin yerləşməsinə dözməyəcəyik"-SEPAH komandirindən qərəzli açıqlama

2021.10.20, 07:36
"Qonşu ölkələrdə sionistlərin yerləşməsinə dözməyəcəyik"-SEPAH komandirindən qərəzli açıqlama

Gunaz.tv

Sentyabrın 29-da Kürdüstan əyalətinin Mərkəzi Sənəndəc şəhərində çıxış edən SEPAH komandiri bildirib ki, hərbi təlimləri keçirməkdə məqsəd sərhədlərin və milli təhlükəsizliyin möhkəmləndirilməsidir. 

"Öncələr də dediyimiz kimi qonşu ölkələrin sərhədlərində hər hansı bir dəyişikliyin qarşısını almaq İran İslam Respublikasının ciddi strategiyasıdır. Dəyişiklikləri milli təhlükəsizliyimizin pozulması kimi qəbul edir və buna laqeyd yanaşmayacağıq"- deyə, o bildirib.

Məhəmməd Pakpur bölgənin müxtəlif dövlətlərinin son bir ayda 7, son bir neçə ayda isə 37 hərbi manevr həyata keçirdiklərini, bunun İranın da hüququ olduğunu deyib.  

“Üçüncü ölkələrin təsiri altında olan bəzi ölkələrin İranın döyüş vahidlərinin hazırlığı ilə bağlı qeyri-real təbliğat apardıqlarını, təxribatçı bəyanatlar səsləndirdiklərini və hərəkətlərimizi sarsıtmağa çalışmaqlarını qəbul edə bilmərik.

İranın hərbi təlimlər keçirməsinin səbəblərini qonşu hökumətlər hamıdan yaxşı bilir”-deyə, quru qoşunlarının komandiri bildirib.

O, İran rəsmilərinin ənənəvi çıxışlarına uyğun olaraq, İsrailin bölgədə yerləşməyə çalışdığını iddia edərək, qonşu ölkələrin torpağında sionist ünsürlərinin yerləşməsinə dözməyəcəklərini deyib.

C.E
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar