SON XƏBƏRLƏR

Azərbaycanlı fəalların məhkəmə iclası keçirilib

2021.10.20, 07:36
Azərbaycanlı fəalların məhkəmə iclası keçirilib

Gunaz.tv

GünAzTv: Güney Azərbaycanın Qoşaçay (Miyandoab) şəhərində mədəni fəal kimi tanınan 5 soydaşımızın məhkəmə iclası keçirilib.

 

Məhkəmə iclası 2010-cu il avqust ayının 30-da (şəhrivərin 8-i) Soyuqbulaq şəhərinin (Mahabad) məhkəməsində keçirilib.

 

Onlar 2010-cu il aprel ayının 2-də (fərvərdinin 13-ü _ Bu gün Güney Azərbaycanda təbiət günü kimi tanınır və təbiətin qoynunda bayram edilir) Azərbaycan mədəniyyəti ilə bağlı mərasim keçirdikləri üçün hakim Xudadadi tərəfindən sistemin əleyhinə təbliğ və milli təhlükəsizliyə qarşı fəaliyyətdə ittiham ediliblər.

 

Xatırladaq ki, mərasim Qoşaçay şəhərinin ətrafında yerləşən bir yaşıllıq bölgədə baş tutmuşdu. Həmin zaman İran Təhlükəsizlik Qüvvələri mərasimlərin baş tutduğu yerə getmiş, mərasim iştirakçılarına hücum edib, bir çox ailəni mərasim yerini tərk etməyə məcbur edərək bir neçə soydaşımızıda yaxalamışdılar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar