İranın neft naziri istefa verdi
ABŞ bu vaxta kimi hərbi münaqişəyə girməyəcək- Brucerdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
GünAzTv: BMT Baş Assambleyasında işğal olunmuş ərazilərimizdəki vəziyyətin müzakirəsi İrəvanda təlaşla qarşılanır.
Ermənilər Rusiya prezidenti Dmitri Medvedyevin Azərbaycana səfəri ərəfəsində "köhnə-yeni" kartlarını yenidən açdılar. Xocalı faciəsinin törədilməsində birbaşa iştirak edən Serj Sarkisyan bildirib ki, "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması yalnız bir halda mümkündür: "Bu Qarabağın beynəlxalq səviyyədə tanınmasıdır"
Onun sözlərinə görə, problemin hərbi yolla həlli keçirilmiş yoldur və bu variantın nəticəsi göz önündədir. Xocalı soyqırımını törətmiş bir şəxsin belə açıqlama verməsi ən birincisi erməni ictimai rəyini ruhlandırmaq, ikincisi isə Azərbaycana qarşı psixoloji təzyiq vasitəsidir. Burada bir sıra məsələləri xatırlatmaq istəyirəm. Ən əvvəl, Ermənistan parlamentinin 1988-ci ildə "miatsum"-Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərarını unutmamaq lazımdır. Ermənilərin Dağlıq Qarabağın "müstəqilliyindən" dəm vursalar da, "Böyük Ermənistan" və "miatsum" ideyasından əl çəkmədiklərini zaman-zaman ortaya qoyurlar.Digər bir tərəfdən, Serj Sarkisyanın belə bir bəyanatı məhz Dmitri Medvedyevin Azərbaycana səfəri ərəfəsində açıqlamasını təsadüfi saymaq mümkün deyil. Fikrimizi bir sıra xatırlatmalarla arqumentləşdirmək istəyirik. Kəskin şəkildə Kosovanın müstəqilliyinin tanınmasının əleyhinə olduğunu bəyanlayan Rusiya 2008-ci ilin avqustunda Gürcüstana təcavüz edərək faktiki olaraq, qonşu ölkənin torpaqlarını işğal etməsini rəsmiləşdirdi. Üstəlik, Cənubi Osetiya və Abxaziyanın "müstəqillikləri"ni tanıdı. Bununla da Rusiya öz aləmində Kosovaya görə, Qərbdən qisası aldığını düşünürdü. Amma başqa məsələlər ortaya çıxdı. Vladimir Putinin Mixail Saakaşviliyə qarşı şəxsi qəzəbi Rusiyanı gətirib dünyada analoqu olmayan dilomatik ziddiyyətlər müstəvisinə sürüklədi. Düzdür, Rusiya bundan yararlanır, amma yalnız və ya Gürcüstana qarşı.Xatırladım ki, Rusiya guya "Cənubi Osetiyada soyqırım törədilir" deyə Gürcüstana qarşı hücuma başlayanda prosesləri Kosova variantına uyğun irəlilətməyə çalışırdı. Amma istədiyi alınmadı. Məlum oldu ki, Cənubi Osetiya münaqişəsi zamanı təxminən 770 nəfər ölüb, onlardan 530 nəfəri gürcü, 240 nəfəri isə osetindir. Bununla da Mosvanın "gürcülər osetinlərə qarşı soyqırım törədir" iddiası puç oldu. Rusiya nəyə görə Kosova variantını reallaşdırmağa çalışırdı? Ən birincisi onu deyək ki, Kosovada etnik soyqırıma məruz qalan məhz boşnaklar idi, serblərin törətdiyi qətliamlar nəticəsində minlərlə Kosova müsəlmanı məhv olunub, 2 milyon insan öz doğma yurd-yuvalarından qovulmuşdu. Qərbin Kosovanın dövlət müstəqilliyini tanımasında da əsas arqument budur: boşnaklar soyqırıma və etnik təmizlənməyə məruz qalıb. Burada artıq bir xalqın "öz müqəddəratının təyin etməsi"ndən yox, soyqırıma və etnik təmizlənməyə məruz qalmış bir xalqın öz müqəddaratını təyin etməsi, yəni insan hüquqları məsələsi önə çıxıb.Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində soyqırımı və etnik təmizləməni məhz ermənilər həyata keçirib. Ermənilərin (faktiki olaraq Rusiyanın) təcavüzü nəticəsində 30 min insanımız şəhid olub, 1 milyondan çox insanımız qaçqın və köçkünə çevrilib. Elə Ermənistan prezidenti Serj Sarkisyanın, keçmiş prezident Robert Köçəryanın, müdafiə naziri Seyran Ohanyanın, Rusiyanın 366-cı diviziyasının törətdiyi Xocalı soyqırımı ermənilərin Azərbaycana qarşı etnik təmizlənməsinin ən qanlı nümunəsidir. BMT Baş Assambleyasında hər hansı sənədin müzakirəsindən isə Serj Sarkisyan şəxsən məhz buna görə narahatdır.Ermənilər bu reallıqları çox dəqiq bilirlər. Buna görə də, rəsmi Bakının BMT Baş Assambleyasında Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair qətnamə layihəsini müzakirə çıxarmasını əsəb və təlaşla qarşılayırlar. Fikrimcə, Serg Sarkisyanın Dağlıq Qarabağdakı separatçı rejimin "müstəqilliyinin" tanınması barədə açıqlaması, yaxud Ermənistan parlamentindəki "İrs" fraksiyasının spiker Ovik Abramyana separatçı ermənilərin "müstəqilliyini tanımaq" barədə müraciəti və s. oxşar siyasi şoular rəsmi Bakının BMT Baş Baş Assambleyası səviyyəsində başlatdığı yeni diplomatik hücumundan çəkindirmək niyyəti güdür. Rəsmi İrəvan Brüsseldə fəaliyyət göstərən "Ermənistanın Avropa Dostları" təşkilatının vasitəsiylə "BMT-nin Qarabağ məsələsinin müzakirə olunduğu yer olmaması" haqqında təbliğata da başlayıb. Bu əslində düşmənin nədən narahat olduğunu göstərir. Bu gün İrəvanın Azərbaycana diplomatik müstəvidə təzyiq göstərməsi üçün ciddi arqumenti, vasitəsi qalmayıb. Ötən illər ərzində Rəsmi Bakının Dağlıq Qarabağ münaqişəsinin yenidən BMT səviyyəsinə çıxarmamasının səbəbi isə ermənilərin danışıqlarda konstruktiv mövqe tutacağına müəyyən inam idi. Eyni zamanda, ATƏT Minsk qrupu həmsədrlərinin verdiyi vədlər idi. İndi isə vəziyyət xeyli dəyişib. Rusiya ilə hərbi əməkdaşlığını genişləndirən Ermənistan yenidən hədə dilində danışmağa çalışır, danışıqlar birdəfəlik dalana dirənib. Fikrimcə, BMT Baş Assambleyasında Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair qətnamə müzakirəsində ABŞ və başqa Qərb ölkələrinin tutacağı mövqe bu ölkələrin həm də Rusiya-Ermənistan hərbi əməkdaşlığına münasibətinin göstəricisi olacaq. Əvvəlki illəərdən fərqli olaraq, Azərbaycanın daha çox dəstək qazanması ehtimalları çoxdur. Əgər erməni KİV-inə diqqət yetirsək görərik ki, ermənilər Azərbaycanın İslam Konfransı Təşkilatı ölkəələrinin dəstəyinə arxalandığı barədə açıqlamalar, şərhlər verilir. Bununla da Ermənistan XİN dolayısı ilə işğal faktını xristian təəssübkeşliyi altında gizlətməyə çalışır. Məsələn, dünən Edvard Nalbandyan bildirib ki, Azərbaycan İslam həmrəyliyindən çıxış edir. Ermənilər eyni zamanda "Madrid prinsipləri"ni yada salmadan, Qarabağ münaqişəsiylə bağlı ATƏT XİN rəhbərlərinin Afina bəyanatını, MQ həmsədrləri ölkələri prezidentlərinin birgə bəyanatını və s. sənədləri xatırladırlar. Əslinə qalsa, bu sənədlər də də Azərbaycanın ərazi bütövlüyü məsələsi öz əksini tapıb. Amma rəsmi İrəvanın əsas məqsədi bir sıra müddəalarını razılaşdırdığı "Madrid prinsiplərini" unutdurmaqdır. Edvard Nalbandyan dünən İrəvan Universitetində çıxışı zamanı deyib ki, Dağlıq Qarabağın statusu "xalqların öz müqəddəratını təyin etmə" prinsipi əsasında həll olunmalıdır.Bu erməni şoularının intensivləşməsinin bir səbəbi də Rusiya prezidenti Dmitri Medvedyevin Azərbaycana səfəridir. Respublika Partiyasının faraksiya üzvü Qagik Melikyan deyir ki, Medvedyevin Bakıya səfəri özünün statusuna görə İrəvana səfərindən aşağıdır.O da maraqlıdır ki, bir neçə gün əvvəl RF-ın xarici işlər naziri Sergey Lavrov, dünən isə RF prezidentinin köməkçisi Sergey Prixodko bildirib ki, Rusiya və Azərbaycan arasında "ənənəvi isti və etimada əsaslanan münasibətlər var". Sergey Prixodko Rusiya-Ermənistan arasında Gümrü hərbi bazasının saxlanma müddətinin uzadılmasının Azərbaycanda narahatçılıqla qarşılandığına münasibət bildirib. Onun sözlərinə görə, real vəziyyəti bilən rəsmi şəxslərin narahat olduğunu düşünmür, amma müxalifət partiyalarının mövqeyini sakitliklə qarşılayırlar. İrəvanda çıxan "Jamanax" qəzeti isə vurğulayıb ki, Dmitri Medvedyev Bakı səfərində Rusiyanın Azərbaycan və Ermənistan ilə münasibətlərində balans yaratmaqla, "rəsmi İrəvanın üstünə soyuq su tökəcək". Erməni qəzeti onu da yazır ki, Rusiya "strateji tərəfdaşlıq" anlayışını Azərbaycana münasibətdə də tətbiq edəcək: "Moskvanın Azərbaycana ZRK C-300 raket-kompleksini satmaq niyyətləri barədə açıqlamalar bu münasibətlərin adi diplomatiya olmasından xəbər vermir. Əgər Rusiya hər bir kvadratmetr ərazisinə sahib olduğu Ermənistana özünün forpostu kimi baxırsa, Azərbaycanla bərabərhüquqlu danışıqlar aparır".Ermənistanın adı ilə Azərbaycan torpaqlarını işğal edən Rusiyanın ölkəmizə münasibətinin dəyişməsindən danışmaq hələ tezdir, mümkün deyil. Amma diqqəti çəkən odur ki, Moskva rəsmi Bakı ilə əvvəlki illərdən fərqli olaraq bərabərhüquqlu şəkildə danışmağa ehtiyac duyur.Yeri gəlmişkən, Türkiyənin Vaşinqtondakı səfiri Namik Tan bildirib ki, Ermənistan və Türkiyə arasında Sürixdə imzalanmış protokollar masanın üstündədir. Amma Ankara qarşılıqlı etibarı artırılması üçün İrəvandan konkret addımlar gözləyir. BMT Baş Assambleyasının yaxın günlərdə keçiriləcək seesiyasından danışan Namik Tan prezident Abdulla Gül və xarici işlər naziri Əhməd Davudoğlunun sentyabrın 20-22-də Nyu-Yorkda olacağını açıqlayıb. Səfir söyləyib ki, Ankara Vaşinqtonla münasibətlərin möhkəmləndirilməsində maraqlıdır.Deyəsən, daha maraqlı proseslər gözlənilir...
Xalq cəbhəsi
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran NPT-dən çıxmağa hazırlaşır
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Həmədanda iş qəzaları- 147 nəfər...
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Qazaxıstan Rusiyaya nota verib
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub