SON XƏBƏRLƏR

Gələn həftə “Nəvid Azərbaycan” yenidən nəşr olunacaq

2021.10.20, 07:36
Gələn həftə “Nəvid Azərbaycan” yenidən nəşr olunacaq

Gunaz.tv

GünAzTv: Gələn həftə 5 il qadağadan sonra “Nəvid Azərbaycan” nəşriyyəsi (qəzet) yenidən nəşr olunacaq.

 

Təxminən 5 il əvvəl İran İslam Respublikasında 9-cu dövlətin yeni formalaşdığı bir dönəmdə Güney Azərbaycanda məşhurlaşmış  “Nəvid Azərbaycan” nəşriyyəsi (qəzet) İran rejiminin qadağasına tuş gəldi.

 

“Nəvid Azərbaycan” Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı və ümumiyytlə azərbaycanlıların milli istəkləri sahəsində yazıb və fəaliyyət göstərirdi. Buda İran rejimi tərəfindən milli təhlükəsizliyə qarşı fəaliyyət kimi qiymətləndirildi və bununlada qəzetin fəaliyyətinə qadağa qoyuldu.

 

Qəzet məsulları fəaliyyətlərini yenidən bərpa etmək üçün illər boyu müxtəlif hüquqi orqanlara müraciət edib və nəhayət ki, gələn həftədən  qəzeti yenidən nəşr etməyə  icazə ala biliblər.

 

Xatırladaq ki, “Nəvid Azərbaycan”-nın imtiyaz sahibi və müdir-məsulu Doktor Mehran Təbrizidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar