SON XƏBƏRLƏR

Bu gün Yaxın şərq müzakirələri başlayır

2021.10.20, 07:36
Bu gün Yaxın şərq müzakirələri başlayır

Gunaz.tv

GünAzTv: ABŞ (Amerika Birləşmiş Ştatları)  prezidenti Barak Obama, Fələstin dövlət başçısı Mahmud Abbas, İsrailin baş naziri Bünyamin Netanyahu, Misir prezidenti Hüsnü Mübarək və İordaniya kralı Vaşinqtonda bir araya gəlib.

GünAzTv: Yaxın Şərqdə sülhə nail olmaq məqsədi daşıyan birbaşa müzakirələr bu gün rəsmən başlayır.  

ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obama, Fələstin dövlət başçısı Mahmud Abbas, İsrailin baş naziri Bünyamin Netanyahu, Misir prezidenti Hüsnü Mübarək və İordaniya kralı Vaşinqtonda bir araya gəlib. Görüşdən sonra birgə mətbuat konfransı keçirilib.

ABŞ prezidenti Obama Orta Şərqdə daimi sülhün təsis edilməsi üçün iki dövlətli həll modelinə tərəfdar olduqlarını söyləyib.

Misir prezidenti Mübarək isə sülh fürsətini əldə etmək üçün İsrailin yəhudi yaşayış məskənlərinin inşaatına son qoymasının zərurui olduğunu bildirib.

Fələstin torpaqlarında yəhudi yaşayış məslənlərinin salınmasının beynəlxalq hüquqa zidd olduğunu qeyd edən Mübarək Yaxın Şərqdə daimi sülhün təmin edilə bilməməsinin bölgə xalqı arasında böyük xəyal qırıqlığı yaradacağını vurğulayıb.

İordaniya kralı Abdullah da bölgədə sülhün təmin edilməsinin İslam dünyasının Qərbə baxışında müsbət dəyişikliklərə səbəb olacağını vurğulayıb.

İsrailin baş naziri Netanyahu isə Fələstin lideri Abbası sülh ortağı adlandıraraq, sülh olmayacağı təqdirdə hər kəsin itirəcəyi haqda xəbərdarlıq edib.

Fələstinlilərlə israillilər arasında daimi sülhün təmin edilməsini istədiyini deyən Netanyahu İsrailin indiyə qədərki güzəştlərinin gərginliyi bitirmədiyini söyləyib.

Fələstin lideri Mahmud Abbas da bir il içərisində Yaxın Şərqdə sülh anlaşmasının imzalanmasının mümkün olduğunu deyib. O bildirib ki, artıq sülhün, İsrail işğalının sona çatmasının və Fələstin dövlətinin qurulmasının vaxtı çatıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar