SON XƏBƏRLƏR

“Yaşıl hərəkat”ın tələblərini əks etdirən Telekanal fəaliyyətə başlayıb

2021.10.20, 07:36
“Yaşıl hərəkat”ın tələblərini əks etdirən Telekanal fəaliyyətə başlayıb

Gunaz.tv

GünAzTv: Avqustun 31-i İranda müxalifətə - “yaşıl hərəkat” tərəfdarlarına məxsus “Rəsa” adlı yeni telekanal fəaliyyətə başlayıb.

GünAzTv mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, telekanal “Telstar 12” peyki ilə İranda, Yaxın Şərqdə, Şimali Afrikada və Avropada yayımlanır. Kanalla birlikdə telekanalın “Rəsa – Yaşıl KİV” adlı saytı da istifadəyə verilib.

 

“Rəsa” rəhbərliyinin yaydığı bəyanatda bildirilir ki, telekanalın əsas məqsədi İran xalqının, eləcə də “yaşıl hərəkat” rəhbərlərinin ( Mirhüseyn Musəvi, Mehdi Kərrubi və Məhəmməd Xatəmi) hədəf və tələblərini əks etdirmək olacaq. Hələlik maliyyə çətinliyi ucundan kanalın gündə 1 saat yayımlanması nəzərdə tutulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar