SON XƏBƏRLƏR

Cəbhə xəttində şiddətli atışma olub. Hər iki tərəfdən ölənlər var

2021.10.20, 07:36
Cəbhə xəttində şiddətli atışma olub. Hər iki tərəfdən ölənlər var

Gunaz.tv

GünAzTv: Düşmən 3 itki və bir neçə yaralı verərək geri oturdulub. Ordumuzun isə 2 əsgəri şəhid olub.

 

Avqustun 31-də saat 16.30-da Ermənistan silahlı bölmələrinin təxribat qrupu Tərtər rayonunun Çaylı kəndi istiqamətindəki qoşunların təmas xəttini keçərək Azərbaycan Silahlı Qüvvələrinə qarşı hücuma cəhd edib.

 

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu zaman şiddətli atışma baş verib. Azərbaycan əsgərinin güclü müqaviməti nəticəsində düşmən 3 itki və bir neçə yaralı verərək geri oturdulub. 

 

Döyüş zamanı Azərbaycan Ordusunun 2 əsgəri – Əmirov Vüqar Əmirəli oğlu (1991-ci il təvəllüdlü, İmişli RHK aprel 2009) və Abdullayev Pərvin Nəbi oğlu (1991-ci il təvəllüdlü, Sabirabad RHK aprel 2009) qəhrəmancasına şəhid olublar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar