SON XƏBƏRLƏR

Mehdi Kərrubinin evi mühasirəyə alınıb

2021.10.20, 07:36
Mehdi Kərrubinin evi mühasirəyə alınıb

Gunaz.tv

GünAzTv: Milli Etimad Partiyasının rəhbəri, müxalifət düşərgəsinin liderlərindən olan Mehdi Kərrubinin mənzili qarşısında silahlı qüvvələrin keşik çəkdiyi bildirilir.

 

İran müxalifətinin əsas rəhbərlərindən olan Milli Etimad Partiyasının rəhbəri Mehdi Kərrubinin evi mühasirəyə alınıb.

 

2009-cu ilin iyunundakı prezident seçkisinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlarda tutulan bəzi aksiyaçıların Tehranda gizli fəaliyyət göstərən “Kəhrizək” zindanında işgəncəyə məruz qaldığını, zorlandığını, qətlə yetirildiyini ifşa edən Mehdi Kərrubi dəfələrlə İran rəhbərliyini tənqid etdiyinə görə müxtəlif təzyiqlərlə üzləşib.

 

GünAzTv mətbuat mərkəzinin “Media forum” saytına istinadən yaydığı məlumata görə, İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) nəzdində fəaliyyət göstərən “Bəsic”in (hökumət tərəfdarı könüllülər dəstəsi) 50-yə yaxın üzvü və mülki geyimli ETTELAAT əməkdaşları avqustun 29-u və 30-da Mehdi Kərrubinin evini mühasirəyə alaraq onun Qədr gecəsi mərasiminə qatılmasına mane olublar. Əllərində elektrik dəyənək, qolbağı, beşbarmaq, gözyaşardıcı qaz olan maskalı qüvvələr Mehdi Kərrubiyə qarşı kəskin şüarlar səsləndiriblər.

Son məlumatda Mehdi Kərrubinin mənzili qarşısında silahlı qüvvələrin keşik çəkdiyi bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar