SON XƏBƏRLƏR

Sarkisyan Ermənistanla İran arasında dəmiryolu əlaqəsi yaratmaqdan danışıb

2021.10.20, 07:36
Sarkisyan Ermənistanla İran arasında dəmiryolu əlaqəsi yaratmaqdan danışıb

Gunaz.tv

GünAzTv: Nəqliyyat sistemi ölkənin nəbzi, qan damarlarıdır və müasir dünyada onsuz yaşamaq mümkün deyil. Bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan deyib.

 

«Ermənistan İranla dəmir yolu əlaqəsi yaratmağı arzulayır”. Ermənistan prezidenti Serj Sarkisyan bunu beynəlxalq riyaziyyat müsabiqəsinin qalibləri və olimpiada laureatları ilə görüşdə deyib. Onun sözlərinə görə, bu istiqamətdə xeyli iş görülüb və Ermənistanla İran bu vəzifənin öhdəsindən gələcəklər.

 

Serj Sarkisyan deyib ki, “nəqliyyat sistemi ölkənin nəbzi, qan damarları sistemidir, müasir dünyada onsuz yaşamaq mümkün deyil”. Onun sözlərinə görə, Ermənistanda nəqliyyat sisteminin inkişafı proqramı var və tezliklə qonşularla ciddi nəqliyyat yolları qurulacaq(«Novosti Armeniya»).

Qeyd edək ki, İran-Ermənistan dəmir yolu erməni tərəfinə enerji daşıyıcıları və digər yüklərin daşınması üçün alternativ vasitə olacaq və xarici aləmə çıxış rolunu oynayacaq. Hazırda Ermənistanın xarici ölkələrlə dəmir yolu əlaqələri yalnız Gürcüstan vasitəsilə həyata keçirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar