SON XƏBƏRLƏR

Azərbaycanlı fəallardan biri azadlığa buraxılıb

2021.10.20, 07:36
Azərbaycanlı fəallardan biri azadlığa buraxılıb

Gunaz.tv

GünAzTv:  Güney Azərbaycanlı fəal Mühəndis Hadi Piri 15 gün həbsdə qaldıqdan sonra 20000 dollarlıq (20 milyon tümən) mülki vəsiqə qarşılığında azadlığa buraxılıb.

 

2010-cu il avqust ayının 15-i (mordadın 24-ü) Türkmənçay qəsəbəsində öz evində yaxalanan azərbaycanlı fəalın ruhi və cismi işgəncələrə məruz qaldığı bildirilir. Azadlıqdan sonra onun cismi və psixoloji vəziyyəti gərgindir.

 

Məlumata görə, cənab Pirinin ailəsidə basqı altındadır. Onlar Piri və onun həbsi barədə hər hansı bir məlumat verməkdən çəkinirlər. Hətta onun şəkilini belə Kütləvi İnformasiya Vasitələrinə vermirlər.

 

Xatırladaq ki, azərbaycanlı milli-mədəni fəal Miyana-Türkmənçay arasında yerləşən dağın üzərinə “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə” yazmaqda ittiham edilərək yaxalanmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar