SON XƏBƏRLƏR

Milli fəallardan işgəncələr altından etiraf alınır

2021.10.20, 07:36
Milli fəallardan işgəncələr altından etiraf alınır

Gunaz.tv

GünAzTv: Etirafedici ifadələr almaq üçün onların bədəninə elektrik şok verilir və beyin qarışdıran iynələr vurulur.

İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının sözçüsü Yaşar Həkkəkpur deyir ki, ETTELAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları həbsdə olan milli fəallardan işgəncələr altında dövlətə qarşı çıxmaqları ilə bağlı etirafedici ifadələr alır: «Etirafedici ifadələr almaq üçün onların bədəninə elektrik vermək, beyin qarışdıran iynələr vurmaq həm insanlığa, həm də islam qanunlarına ziddir. Ancaq İranın ETTELAT əməkdaşları nə insanlığa, nə də islam qanunlarına məhəl qoymurlar, niyyətlərinə çatmaq üçün heç nədən çəkinmədən fəallara işgəncələr verirlər». Yaşar Həkkəkpur deyir ki, bu ilin may ayından indiyə qədər 16 milli fəal həbs olunub. İstintaq orqanları tutulanlara konkret rəsmi ittihamlar verilib-verilməməsini bildirməsə də, onların ailələrinə qeyri-rəsmi deyilib ki, milli fəallar dövlətə qarşı çıxmaqda təqsirləndirilirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar