İranın neft naziri istefa verdi
ABŞ bu vaxta kimi hərbi münaqişəyə girməyəcək- Brucerdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
GünAzTv: Azərbaycan və Rusiya xarici işlər nazirlikləri Rusiya prezidenti Dmitri Medvedyevin Azərbaycana sentyabrın 2-3-də baş tutacaq səfərinə hazırlıq məsələlərini müzakirə ediblər.
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovla avqustun 30-da rusiyalı həmkarı Qriqori Karasin arasında telefon danışığı olub. Nazir müavinləri Rusiya prezidenti Dmitri Medvedyevin Azərbaycana sentyabrın 2-3-də baş tutacaq səfərinə hazırlıq məsələlərini müzakirə ediblər. Beləliklə, Medvedyev sabah - iki ölkənin münasibətlərində soyuq küləklərin əsdiyi bir vaxtda Bakıya gəlir. Məlum olduğu kimi, RF prezidentinin avqustun 19-21-də İrəvana səfəri zamanı Ermənistanda yerləşən Rusiya hərbi bazasının 49 il də orada qalmasını nəzərdə tutan razılaşma imzalanıb. Hərbi baza həm də Ermənistanın təhlükəsizliyini də təmin edəcək, bu məqsədlər üçün Moskva Ermənistanı müasir və uyğun silahlar, hərbi (xüsusi) texnika ilə təmin edəcək. Azərbaycan rəsmiləri etrazlarda dərinə getməsələr də, Moskva-İrəvan hərbi anlaşmasını narazılıqla qarşılayıblar. Rusiya xarici işlər naziri Sergey Lavrovun avqustun 27-də bir qrup azərbaycanlı jurnalisti başına yığıb Ermənistanla imzalanan razılaşma protokolu ilə bağlı izahat verməsi təsadüfi deyil. Bu izahatın Azərbaycan rəhbərliyini nə qədər qane etdiyi məlum deyil. Çox güman, Rusiya prezidentinin səfərində bu suala müəyyən aydınlıq gələcək. Bu səfər İrəvanda da nigarançılıqla gözlənilir. Erməni Milli və Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri Riçard Kirakosyanın fikrincə, son aylar Azərbaycan bölgədə qüvvələr tarazlığını dəyişməyə çalışırdısa, indi Ermənistanın maraqlarına zidd olaraq, Rusiya buna cəhd edir. Lavrovun Azərbaycan jurnalistlərinə dedikləri isə Rusiyanın Azərbaycanla əlaqələrinin yaxşılaşdırılmasına yönəlmiş son ciddi cəhdlərindən xəbər verir":Ermənistan bunun üçün əzab çəkir, qiymətini ödəyir. Digər tərəfdən, Ermənistanın Rusiya strategiyasında baş verən dəyişikliklərə münasib cavab vermək iqtidarında olmadığını görürük. Bundan başqa, Amerikanın da reaksiyası maraqlıdır. Birləşmiş Ştatlar susur, passivlik nümayiş etdirir. Bu, Ermənistanla Rusiyanın işidir deyərək, Amerika həm bölgədə Rusiyanın təsirinin artmasına, həm də Moskvanın Bakı ilə razılığa gəlmək imkanlarının artmasına yol verir. Bütün bunlar Ermənistanın zəifliyini üzə çıxardır. Sanki Ermənistan öz milli təhlükəsizliyini girov qoyub və bunun müqabilində Rusiyadan bir şey almayıb" (BBC). Kirakosyan hesab etmir ki, Azərbaycanla ehtimal olunan qarşıdurma zamanı Rusiyanın birmənalı Ermənistanın yanında dayanacağı ehtimalı zəifdir":Sırf hərbi baxımdan Rusiya üçün Ermənistanın mahiyyəti İrəvanda təsəvvür edilən dəyərə malik deyil". İrəvan Dövlət Universitetinin Sivilizasiya və Mədəniyyətlər Araşdırmaları Mərkəzinin direktoru David Hovanisyana görəsə, Rusiya həmişə həm Ermənistanla, həm də Azərbaycanla münasibətlərində müəyyən balans qorumaq siyasəti yeridib: Rusiyanın xarici siyasəti və iqtisadi maraqları baxımından Azərbaycanın əhəmiyyətini dəyərləndirməmək olmaz. Mən elə düşünürəm ki, Rusiya bu siyasəti davam etdirəcək və daha da dərinləşdirəcək". Hovanisyanın sözlərinə görə, istər Rusiya, istər Türkiyə, istərsə də İran bu bölgədə ABŞ, Çin, Avropa dövlətləri kimi "bölgədən kənar oyunçular amilini dəf etmək" siyasətini yeritməyə çalışırlar: "Son razılaşmalar da bu siyasətin həyata keçirilməsi ilə bağlıdır. Odur ki, mən Rusiya ilə Türkiyə arasında bir sıra razılaşmalar olduğunu da istisna etmirəm". Politoloq Qabil Hüseynli hesab edir ki, bütün hallarda iki dövlət arasında dialoqun olması vacibdir. "Xüsusilə də, Rusiya kimi bir ölkə ilə. Medvedyevin səfəri maraqlı bir dövrə təsadüf edir. Bundan öncə o, İrəvanda Azərbaycanın maraqlarına zidd bir müqavilə imzalayıb. Bizim üçün maraqlıdır ki, Medvedyev Bakıda nələri söyləyəcək, nələr vəd edəcək. Ümumiyyətlə, danışıqların nəticəsində Azərbaycan Ermənistandan gələn təhlükəni kompensasiya edəcək nə əldə olunacaq. Bu nöqteyi-nəzərdən səfərin əhəmiyyəti maraq doğurur",-deyə Hüseynli "Ekspress"ə bildirib. Son vaxtlar Rusiya rəsmilərinin iki ölkə arasında balansı gözlədiklərinə dair bəyanatlarına münasibət bildirən politoloq deyir ki, bu, reallığı əks etdirmir: "Rusiya iki ölkə arasında balansı çoxdan, özü də tarix boyu pozub. Müəyyən vaxtlarda balansı nisbətən gözləsə də, son dövrlər balansı yenidən pozmağa başlayıb". Hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Mübariz Qurbanlı hesab edir ki, Azərbaycan və Rusiya dost, strateji tərəfdaş olan ölkələrdir. Deputat "Media forum" saytına bildirib ki, Medvedyevin Azərbaycana səfəri ikitərəfli əlaqələrə və dostluq münasibətlərinə çox müsbət təsir göstərəcək. Hakim partiyanın rəsmisi Rusiya rəhbərinin Azərbaycan səfərini Ermənistana səfəri kompensasiya etmək cəhdi kimi qiymətləndirənlərlə razılaşmır: "Dövlət başçılarının səfərləri əvvəldən planlaşdırılır. Rusiya-Ermənistan münasibətlərinin Rusiya-Azərbaycan əlaqələrinə o qədər də aidiyyəti yoxdur. Biz Rusiya ilə münasibətlərimizi bərabərhüquqlu səviyyədə qurmuşuq. Bu münasibətlər bütün sahələrdə inkişaf edir. Medvedyevin səfəri çox lazımlı səfərdir. Məncə, səfər Azərbaycan üçün əhəmiyyətli nəticələrlə sonunclanacaq". "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə Rusiya prezidentinin Azərbaycan səfərindən ciddi nəticə gözləmir: "Səfər zamanı iqtisadi əhəmiyyətli bir neçə saziş imzalanacaq. Bu sazişlər də iqtisadi əməkdaşlığa sıçrayış verəcək gücdə deyil. Hər halda Medvedyev İrəvanda imzaladığı hərbi sazişin Azərbaycanda doğurduğu mənfi yükü azaltmağa çalışacaq. Ancaq bu, mümkün olan iş deyil. Doğrudur, Rusiya-Ermənistan hərbi anlaşması imzalandıqdan sonra Azərbaycanın hakimiyyət mənsubları Medvedyevin Bakıya səfərini gözləməyi lazım bildilər. Guya Medvedyev Bakıda İrəvandakı anlaşmaya aydınlıq gətirəcək və bu da Azərbaycan ictimaiyyətinin narahatlığını ortadan qaldıracaq. Əlbəttə, Medvedyev Bakıdakı görüşlərdə deyə bilər ki, Ermənistanla imzalanan hərbi anlaşma Azərbaycanın əleyhinə deyil" ("Media forum"). Şahinoğlu deyir ki, yeni anlaşmada iki önəmli maddə var ki, birbaşa Azərbaycanın əleyhinə yönəlib":Rusiyanın Ermənistandakı hərbi bazası bu ölkənin də təhlükəsizliyinə cavabdeh olacaq. Digər tərəfdən, Rusiya Ermənistandakı bazasına modern silahlar göndərəcəyinə boyun olub. İndi Medvedyev Bakıda İrəvanda imzaladığı sazişdən imtina edəsi deyil ki... Medvedyev Bakıda nə qədər "Rusiya-Ermənistan hərbi əməkdaşlığı Azərbaycan əleyhinə yönəlməyib" desə də, sazişdən çıxan reallıq fərqlidir. Rəsmi Bakı son il yarımda Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində dəstəyini qazanmaq üçün çox çalışdı. Medvedyevin Bakıya ötən səfərində qaz anlaşması imzalandı, Azərbaycanın Moskvanı razı salmayan "Nabucco" layihəsinə maraq göstərmədiyinə eyham vuruldu. Ancaq bunların heç birinin nəticəsi olmadı. Moskva həmişə olduğu kimi kasıb Ermənistanı seçdi. Çünki bu ölkə onun Cənubi Qafqazda yeganə forpostudur". Aydındır ki, Medvedyevin səfəri yalnız Bakı üçün deyil, Moskva üçün də mühüm önəmə malikdir. Azərbaycan aparıcı regional oyunçudur, Rusiyanın Azərbaycanla bağlı geosiyasi maraqları var və burada mövqelərinin zəifləməsi Kremlin planlarına daxil deyil. Təbii ki, rəsmi Bakı Rusiyanın strateji maraqlarını başa düşür, lakin bunun qarşılığını gözləmək də balanslı siyasətindən sapmayan Azərbaycanın haqqıdır. Rusiya isə avqustun 20-də İrəvanda imzalanan rus-erməni hərbi sazişi ilə balansı aşkar şəkildə pozub. İndi bu balans Bakıda necə "yamanacaq"? Bəzi rusiyalı ekspertlərə görə, Medvedyevin sabahkı səfəri çərçivəsində tərəflər arasında regionda siyasi tarazlığı bərpa edəcək hansısa konsepsiya və strategiyanın razılaşdırılacağı istisna edilmir. Elə Moskvanın istəyi də bu deyilmi? "Kreml tamaşası"nın birinci aktında (İrəvanda) Bakıya şantajvari mesajlar verilir, ikinci aktında (Bakıda) isə "könül alınır", hansısa geosiyasi dividendlər götürülür...
B.Nərimanoğlu X.Rüstəm
Expres
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran NPT-dən çıxmağa hazırlaşır
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Həmədanda iş qəzaları- 147 nəfər...
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Qazaxıstan Rusiyaya nota verib
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub