SON XƏBƏRLƏR

Prezident Obama İraq müharibəsinin bitdiyini rəsmən elan etdi

2021.10.20, 07:36
Prezident Obama İraq müharibəsinin bitdiyini rəsmən elan etdi

Gunaz.tv

GünAzTv: ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obama rəsmən İraqda hərbi missiyanın başa çatdığı elan edib. Obama bu barədə avqustun 31-də axşam xüsusi televiziya müraciəti zamanı bildirib. Onun çıxışını Amerika telekanalları birbaşa yayımlayıb. Bu barədə Lent.az “CNN”ə istinadən xəbər yayıb.Prezident bildirib ki, “İraqa azadlıq” əməliyyatı başa çatıb: “Artıq İraq xalqı öz ölkəsinin təhlükəsizliyinə məsuliyyət daşıyır. Bu, həm ABŞ-ın, həm də İraqın tarixində çox vacib səhifə idi. Biz üzərimizə götürdüyümüz məsuliyyətin öhdəsindən gəldik. Amma səhifəni çevirməyin vaxtı yetişib”.ABŞ prezidenti televiziya çıxışı zamanı İraq xalqını tez bir zamanda əhalinin bütün təbəqələrinin dəstəklədiyi və hamının maraqlarını müdafiə edən hökumət formalaşdırmağa da çağırıb. O, Amerikanın belə bir hökumətin yaxın tərəfdaşı olacağını da vurğulayıb: “İraqlılar terrorçuların onların gələcəyini təhlükə altına qoymasına imkan verməməlidirlər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar