SON XƏBƏRLƏR

Küveyt parlamentinin millət vəkili: İranlılar İranı Fars Respublikası adlandırsınlar

2021.10.20, 07:36
Küveyt parlamentinin millət vəkili: İranlılar İranı Fars Respublikası adlandırsınlar

Gunaz.tv

GünAzTv: Təbatəbai Küveytin “Əlray” qəzeti ilə söhbətində bildiribki, İranlılar İranı Fars Respublikası adlandırsınlar.

 

Küveyt parlamantinin millət vəkili İranlıların (bu söhbətdə İranlılar deyəndə farslar nəzərdə tutulur) irqçılığından təccüblənərək bildirib ki, İranlılar başqalarını lağa qoymaqda bacarıqlıdırlar. Onlar bununla hiss edirlər ki, onlar yer kürəsində bütün irqlərdən üstündürlər. Onlar bütün millətləri və irqləri aşağılayıb və lağa qoyurlar.

 

O əlavə edib ki, İran rəhbərləri və Kütləvi İnformasiya Vasitələri bu təkəbbürlü baxışlarına son qoymalıdırlar. Onlar öz həddilərini bilməli və başa düşməlidirlər ki, onlarda başqaları kimi adi insandırlar.

 

Təbatəbai vurqulayıb ki, Tarixin bir dönəmində Ərəb Körfəzi farsların əlinə keçdiyi üçün Fars Körfəzi adlanırdı. Ama artıq o fars dövləti yoxdur. Demək ki, Fars Körfəzidə Rum Körfəzi kimi aradan qalxmalıdır. Ancaq ki, İranlılarda iyrənc irqçılıq görünür, onlar özlərini böyük və digərlərini kiçik görürlər.

 

O bəyan edib ki, Fars dövləti bölgədə olanda İran yox idi. İndi isə Fars dövləti yoxdur, əgər Fars Körfəzi məsələsi ilə bağlı vəziyyət belədirsə onda öz dövlətlərinin adını Fars dövləti qoysunlar.

 

Millət vəkili İranın nüvə fəaliyyətlərindəndə ciddi nigaranlığını bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar