SON XƏBƏRLƏR

“Urmu Gölü Yığıncağı”-da yaxalanan Hüseyn Nəsiri hələdə naməlum səbəbdən həbsdədir

2021.10.20, 07:36
“Urmu Gölü Yığıncağı”-da yaxalanan Hüseyn Nəsiri hələdə naməlum səbəbdən həbsdədir

Gunaz.tv

GünAzTv: Azərbaycanlı fəal cənab Hüseyn Nəsirinin məhbus həyatı artıq 6-cı aya keçməkdədir.

O 2010-cu il aprel ayının 2-də (1389-cu il fərvərdin ayının 13-ü) Urmu Gölünün qurumasına etiraz əlaməti olaraq həyata keçirilən, “Urmu Gölü Yığıncağı”-na  qatılarkən İran Təhlükəsizlik Qüvvələri tərəfindən yaxalanıb.

 

Nəsiri digər yığıncaq iştirakçıları kimi, İran Təhlükəsizlik Qüvvələri tərəfindən hücumlara məruz qalıb və 10-larla soydaşımızla birlikdə dövlətin xüsusi dəstələri tərəfindən tutuqlanıb. O birinci olaraq Üskü şəhərinin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə, sonra Təbrizin ETTELAATına və nəhayət 2 ay təknəfərlik kamerada saxlanıldıqdan sonra Təbrizin mərkəzi zindanına aparılıb.

 

Xatırladaq ki, cənab Nəsiri 2007-ci il aprel ayının 26-da (1386-ci il ordibeheşt ayının 6-ı) 22 may milli qiyamın ildönümünə aid bildiriş yaydığı ittihamı ilə yaxalanıb, 81 gün saxlanıldıqdan sonra 30000 dollarlıq (30 milyon tümən) mülki vəsiqə qarşılığında azadlığa buraxılmışdı.

 

Həmçinin Cənab Nəsiri 2009-cu il dekabr ayının 29-da (1388-ci il dey ayının 8-i) tanınmış milli fəal mərhum Çingiz Bəxtavərin dəfn mərasimində İran təhlükəsizlik Qüvvələri tərəfindən döyülüb və yaralananlardan biri olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar