SON XƏBƏRLƏR

Daha bir azərbaycanlı fəal İran ETTELAAT əməkdaşları tərəfindən işgəncə edilib

2021.10.20, 07:36
Daha bir azərbaycanlı fəal İran ETTELAAT əməkdaşları tərəfindən işgəncə edilib

Gunaz.tv

GünAzTv mətbuat mərkəzinin "Savalan səsi"-nə istinadən yaydığı məlumata görə, tanınmış azərbaycanlı milli-mədəni fəal cənab Ayət Mehrəlibəyli (Yürüş) ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları tərəfindən işgəncə edilib.

 

Hazırda Təbriz ETTELAATının təcrixxanasında saxlanılan Mehrəlibəylinın ağır işgəncələrə məruz qaldığına dair bir neçə şəxs məlumat verib. Beləki Təbriz ETTELAATında saxlanılan azərbaycanlı məhbusların ailələri onları mülaqat edərkən, Məhrəlibəylinin ağır işgəncələr altında fəryad qopardığını açıq-aşkar eşidiblər.

 

Adını çəkdiyimiz milli-mədəni fəal bir aydan çoxdur ki öz ailəsi ilə heç bir əlaqə saxlaya bilməyib. Onun ailə üzvləri mülaqat icazəsi almaq üçün dəfələrlə müraciət etsələrdə onlara hakim Haşimzadə bildirib ki, dosya təhlükəsizlik xarakteri daşıdığı üçün belə bir icazə verilə bilməz.

 

Cənab Ayət Mehrəlibəyli 2010-cu il may ayının 10-u (ordibeheştin 20-i) Sofiyan şəhərində yaxalanıb. Onun ittihamı barədə rəsmi şəkildə hələ heç bir açıqlama verilməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar