SON XƏBƏRLƏR

Təbriz ETTELAATında Azərbaycanlı məhbus işgəncə olunub

2021.10.20, 07:36
Təbriz ETTELAATında Azərbaycanlı məhbus işgəncə olunub

Gunaz.tv

GünAzTv: Azərbaycanlı öyrənci fəal, Həmədanın Buəli sina universitetinin Ildırım adlı öyrənci dərgisinin sabiq müdir-məsulu cənab Yunis Süleymani, Təbriz ETTELAATının (İran Kəşfiyyat Nazirliyi) təcridxanasında elektriki şokla işgəncə edilib.

 

Adını çəkdiyimiz məhbusun qardaşı cənab Yusif Süleymani bəyan edib ki, o avqust ayının 25-də (şəhrivərin 3-ü) öz qardaşını mülaqat edərkən, onun elektrik şok və baş gecəllədirən ampullarla işgəncə olduğundan xəbərdar olub.

 

Onun sözlərinə görə, cənab Yunis Süleymanı bu işgəncələrin nəticəsində 3 dəfə ürək çatışmamazlığı ilə üz-üzə qalıb.

 

Cənab Süleymani 2010-cu il iyun ayının 17-də (xordadın 27-i) Ərdəbil şəhərində yaxalanıb.

 

Məhkəmə rəsmiləri bu günə qədər onun tutuqlanma səbəbini və ona qarşı iddia edilən ittiham barədə heç bir məlumat açıqlamayıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar