SON XƏBƏRLƏR

İran Ermənistanı buğda və yanacaqla təmin edir

2021.10.20, 07:36
İran Ermənistanı buğda və yanacaqla təmin edir

Gunaz.tv

GünAzTv: Rusiya taxıl ixracına qadağa qoyduğu üçün Ermənistan artıq İrandan buğda idxal etməyə başlayıb. bunu Ermənistanın kənd təsərrüfatı naziri Qerasim Alaverdyan söyləyib.İrandan Ermənistana taxıl satışını “Monço Qrup” şirkəti həyata keçirir. Erməni nazir İran taxılının keyfiyyətinin yoxlanılacağına da söz verib. Bu barədə Lent.az “news.am” saytına istinadən xəbər yayıb.Qeyd edək ki, bu il İranda 15 milyon ton buğda yığılması gözlənilir. İran buğdanın 2 milyon tonunu satışa çıxarmağı nəzərdə tutur. Bu arada İrandan Ermənistana yanacaq daşınması da davam edir. Ermənistan Fövqəladə Hallar Nazirliyi bu gün İran vətəndaşı Zibai Yakob Abdula məxsus avtosisternin Mehri-İrəvan yolunun 156-cı kilometrliyində aşdığı barədə məlumat yayıb. Mazut yola dağılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar