İranın neft naziri istefa verdi
ABŞ bu vaxta kimi hərbi münaqişəyə girməyəcək- Brucerdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
GünAzTv: Son hərbi müqavilə silah daşınmasının yeni marşrutlarını üzə çıxarıb. Məsələni şərh edən ekspertlər Rusiya-Xəzər-İran-Ermənistan marşrutu üzərində xüsusi dayanır.
Rusiya və Ermənistan arasında imzalanan yeni hərbi saziş ətrafında cərəyan edən proseslər daha maraqlı hal almaqdadır. Məsələ burasındadır ki, Rusiya yeni sazişin hər hansı ciddi dəyişikliyə yol açmadığını, yalnız əvvəlkinin müddətinin uzadıldığını bildirir. Lakin müstəqil mənbələr, eləcə də Ermənistan rəsmiləri fərqli mövqe sərgiləyir. Məsələn, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın səsləndirdiyi fikirlərdən belə məlum olur ki, Rusiya 2044-cü ilədək Ermənistanı müasir silahlar və xüsusi hərbi texnika ilə təchiz edəcək. Xatırladaq ki, Rusiya və Ermənistan arasında Gümrü şəhərindəki hərbi bazanın dislokasiya müddətinin uzadılması ilə bağlı imzalanan protokola əsasən, Moskva işğalçı dövlətin təhlükəsizliyini təmin etməyi öz üzərinə götürür. Bu məqsədlə Rusiya tərəfi Ermənistanı müasir silahlar və xüsusi hərbi texnika ilə təchiz edəcək. Rusiyaya məxsus bazadakı hərbi qüvvədən istifadə edilməsi ikitərəfli razılaşmalar əsasında gerçəkləşəcək. Qeyd olunduğu kimi, söylənilənlər Ermənistan rəsmiləri, o cümlədən xarici işlər naziri Edvard Nalbandyan tərəfindən də təsdiq olunub. Lakin Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan media orqanlarına müsahibəsində məsələni fərqli prizmadan şərh edib. Onun sözlərinə görə, sözügedən protokol Ermənistanda Rusiyanın hərbi bazasının olması haqqında razılaşmanın müddətini 49 il uzadır, vəssalam: "Bu protokol nə Rusiyanın Ermənistandakı hərbi bazasının funksiyalarını dəyişir, nə həmin bazada xidmət keçən hərbi qulluqçuların say tərkibini, nə də bazadakı silahların miqdarını. Buna görə də həmin protokolun regionda qüvvələr balansına hər hansı dəyişiklik edə biləcəyindən, eləcə də Rusiyanın hərbi bazasının indiki funksiyalarının və parametrlərinin müddətinin uzadılması nəticəsində hər hansı razılaşmaların pozulmasından danışmağa dəyməz. Rusiyanın hərbi bazasının başlıca məqsədi Rusiya Federasiyasının mənafelərini təmin etməkdir. Şübhəsiz, bu mənafelər dairəsinə Cənubi Qafqazda, Xəzər regionunda sabitliyin dəstəklənməsi məsələləri də daxildir. Müvafiq müqavilə imzalanarkən Rusiya hərbi bazasının qarşısına əvvəlcədən bu məqsəd qoyulub. Həmin müqavilənin müddətinin növbəti 49 il üçün uzadılması ilə əlaqədar bu məqsəd əsla dəyişməyib". Lakin müstəqil ekspertlər bildirir ki, hərbi müqaviləyə dair İrəvan və Moskva arasında imzalanan razılaşmanın mahiyyəti həqiqətən Rusiyanın Ermənistana silah ötürməsini nəzərdə tutur. Özü də buraya ağır hərbi texnika da daxildir. İndi maraq doğuran məsələ bu texnikanın hansı marşrut üzrə Rusiyadan Ermənistana daşınacağıdır. Məsələni şərh edən ekspertlər Rusiya-Xəzər-İran-Ermənistan marşrutu üzərində xüsusi dayanır. Moskvanın Ermənistana yeni silah ötürə biləcəyi digər marşrut Rusiya-Gürcüstan sərhədində yerləşən Yuxarı Lars-Kazbeqi keçid məntəqəsidir. Bir neçə ay əvvəl bu məntəqə açıldıqdan sonra onun vasitəsilə Rusiyanın Ermənistandakı Gümrü hərbi bazasına silah-sursat göndərə biləcəyi məsələsi gündəmə gəlsə də, rəsmi Tiflis buradan Ermənistana hər hansı hərbi yükün daşınmasına yol verməyəcəyini açıqlayıb. Moskvanın daim silahlandırmaq istədiyi Ermənistana keçid məntəqəsindən hərbi texnika göndərə biləcəyi istisna edilmir. Lakin Rusiyanın Gürcüstanla məlum münasibətləri bunu bir qədər çətinləşdirir. Belə bir vaxtda isə Rusiyanın Ermənistana, ağır hərbi texnika da daxil olmaqla, silahlar göndərə biləcəyi yeganə əsas marşrut məhz Xəzər vasitəsilə mümkündür. Xatırladaq ki, bundan əvvəl rusiyalı politoloq, Cənubi Qafqaz Regional Təhlükəsizlik İnstitutunun direktoru Aleksandr Rusetski yeni silah marşrutunun Xəzər vasitəsilə ola biləcəyini bildirmişdi. Onun sözlərinə görə, silahlar Xəzər dənizi vasitəsilə İrana, buradan da Ermənistana keçirilə bilər. Xatırladaq ki, bu marşrutun nəzarətdə saxlanması olduqca çətindir. Moskva və Tehranın Ermənistana məlum münasibəti isə işğalçı ölkənin Rusiya silahı ilə təchiz edilməsində hər hansı problem yaratmır. Qeyd edək ki, Rusiya Ermənistana, daha doğrusu buradakı hərbi bazasına istədiyi həcmdə hərbi texnika cəmləşdirmək üçün hüquqi maneələri də aradan qaldırıb. Belə ki, hələ 3 il əvvəl indiki baş nazir Vladimir Putin prezident olarkən Rusiyanın "Avropada adi silahı qüvvələr haqqında" müqavilədə fəaliyyətini dayandırması barədə fərman imzalayıb. Fərmana əsasən, Rusiya müqavilə üzrə beynəlxalq öhdəliklərinin icrasını dayandırıb. Başqa sözlə, Rusiya özünün Avropa hissəsində istədiyi qədər silah yerləşdirə, eləcə də xarici hərbi bazalarında indiyədək müqavilə ilə limitləşdirilən arsenalını artıra bilər. Prezident Administrasiyası ictimai-siyasi şöbənin müdiri Əli Həsənov xatırladıb ki, Cənubi Qafqazın təhlükəsizliyi və bölgədə adi və strateji silahların yerləşdirilməsi və onların miqdarı məsələsi, eyni zamanda, ATƏT-in Avropada Təhlükəsizlik Konsepsiyasına uyğun olaraq cinah sazişilə nizamlanır: "1992-ci ildə bu sazişə Cənubi Qafqaz üzrə Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya qoşulub". Onun sözlərinə görə, müvafiq cinah sazişinə əsasən Cənubi Qafqazda yerləşdirilə biləcək adi silahlar, o cümlədən hərbi kvotası təyin olunub: "Biz bilirik ki, bu kvotadan, yəni ATƏT-in nəzarətindən kənar olaraq neçə illərdir Dağlıq Qarabağda silahlar və silahlı qüvvələr cəmlənib və bu silahların heç bir nəzarəti, hesabatı aparılmır. Ermənistan Silahlı Qüvvələrinin kvotasına, eyni zamanda, Rusiyanın orada yerləşdirdiyi baza daxildir. Yəni Rusiyanın Cənubi Qafqazda yerləşdirdiyi silahlar Ermənistanın kvotasına uyğun olmalı, ondan kənara çıxmamalıdır. Bu məsələlər dövlətlərarası münasibətlərlə nizamlansa da, ATƏT-in tələblərinə cavab verməlidir. Hazırda bizim hərbi mütəxəssislər, həmçinin ATƏT-in bu məsələ ilə məşğul olan rəsmiləri kvotanın pozulub-pozulmadığını hesablayır. Onsuz da, dediyim kimi, bu kvota Dağlıq Qarabağda pozulmuşdu. Araşdırma başa çatdıqdan sonra Azərbaycan hökuməti bu məsələyə münasibətini açıqlayacaq". Xatırladaq ki, "Avropada adi silahlı qüvvələr haqqında" müqavilə 1990-cı il dekabrın 19-da Parisdə NATO-nun 16 və "Varşava müqaviləsi" blokunun 6 ölkəsi (SSRİ və Şərqi Avropa ölkələri) arasında imzalanıb. Bu, iki hərbi blok arasında Avropa qitəsində adi silahların (tank, zirehli texnika, artilleriya qurğuları, hərbi təyyarə və hücum vertolyotları) yerləşdirilməsini tənzimləyən mühüm sənəd idi. Lakin müqavilə rəsmən qüvvəyə minəndə (noyabr 1992) artıq "Varşava bloku" və SSRİ dağılmışdı. Keçmiş SSRİ-nin silah kvotası isə yeni müstəqil ölkələr arasında bölündü və onlar müqavilə üzrə "Cinah sazişi"nə (1997-ci ildə qüvvəyə minib) qoşuldu. Bundan əlavə, 1990-cı ildə iki Almaniyanın birləşməsi, 1993-cü ildə Çexoslovakiyanın Çexiya və Slovakiyaya bölünməsi, həmçinin 1999-cu ilin aprelində keçmiş "Varşava bloku"nun üç ölkəsinin NATO-ya qəbulu müqavilə ilə bağlı yeni situasiya yaratdı. Odur ki, müqavilənin yeni reallıqlara uyğunlaşdırılmış yekun variantı 1999-cu il noyabrın 19-da ATƏT-in İstanbul sammitində 30 ölkə (o cümlədən keçmiş SSRİ-dən Rusiya, Ukrayna, Belarus, Moldova, Gürcüstan, Azərbaycan, Ermənistan, Qazaxıstan) tərəfindən imzalanıb.
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran NPT-dən çıxmağa hazırlaşır
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Həmədanda iş qəzaları- 147 nəfər...
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Qazaxıstan Rusiyaya nota verib
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub