SON XƏBƏRLƏR

Son yarışda bir neçə "Traxtur" tərəfdarı tutuqlanıb

2021.10.20, 07:36
Son yarışda bir neçə "Traxtur" tərəfdarı tutuqlanıb

Gunaz.tv

GünAzTv: İki gün öncə Tehranda “Traxtur-İstil azin” arasında keçirilən Futbol yarışında bir neçə soydaşımız İran polisi tərəfindən yaxalanıb.

 

Bu barədə xəbər yayan "Güney Azərbaycan Portalı" saytı yaxalananların adı, sayı və harda saxlanıldığı barədə bilgi yaymayıb. Məlumata görə, yaxın gələcəkdə tutulanların kimliyi haqqında yeni məlumat yayılacaq.

 

Məlumatda bildirilir ki, ən azı 10000 nəfər təxmin edilən “Traxtur” tərəfdarları Azərbaycanın milli və demokratik hüquqları zəminində,  “Türk dilində mədrəsə - olmalıdır hər kəsə”, “Azərbaycan var olsun – istəməyən kor olsun” kimi milli şüar səsləndirdikdən sonra polis hərəkətə keçib və bir neçə soydaşımızı yaxalayıb və naməlum istiqamətə aparıb.

 

Xatırladaq ki, bu günə qədər demək olarki heç bir “Traxtur” müsabiqəsi insdentsiz ötüşməyib. Buna əsas səbəb “Traxtur” yarışlarında milli istəklərimizin dilə gətirilməsidir. İran rejimi bu kütləvi tələbləri boğsun deyə müxtəlif qabağlayıcı tədbirlərə əl atsada heç bir nailiyyət əldə etməyib və Azərbaycanın qəhrəman övladları dinc şəkildə öz etirazlarını dilə gətirməkdə israrlıdırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar