SON XƏBƏRLƏR

5 milli-mədəni fəal Məhkəməyə çağırılıb

2021.10.20, 07:36
5 milli-mədəni fəal Məhkəməyə çağırılıb

Gunaz.tv

GünAzTv: İran rejiminin Azərbaycanın milli kimliyi uğrunda dinc fəaliyyət göstərən fəallara qarşı təzyiqi səngimək bilmir.

Bu dəfədə 5 nəfər milli-mədəni fəal növbəti təzyiqə məruz qalıblar.

 

Avqustun 30-da Soyuqbulaq (Mahabad) məhkəməsinə çağırılan milli mədəni fəalların kimliyi bunlardan ibarətdir: Daryuş Əndəlibiyan, Səttar Borazeş, Yusif Sudbər, Səccad Əzizi və Babək Aksun.

 

Adını çəkdiyimiz milli-mədəni fəallar bir müddət öncə Qoşaçay hüquq mühafizə qüvvələri tərəfindən istintaqa çağırılıb qanunsuz mərasimə qatılmaqda və pantürkizmdə suçlanmişdılar.

 

Onlar bu il Novruz bayramı günlərində Azərbaycan rəqslərindən və musiqisindən ibarət mərasim keçirdiklərinə görə, Qoşaçay hüquq mühafizə qüvvələri tərəfindən yaxalanmışdılar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar