SON XƏBƏRLƏR

Bu gün qardaş ölkədə Böyük Zəfər bayramı qeyd olunur

2021.10.20, 07:36
Bu gün qardaş ölkədə Böyük Zəfər bayramı qeyd olunur

Gunaz.tv

GünAzTv: Ölkə tarixinin önəmli dönüş nöqtəsi olan 30 avqust zəfərinin ildönümü ilə bağlı tədbirlər Silahlı Qüvvələrin Baş Qərargah rəisi İşıq Koşanerin rəhbərlik etdiyi hərbi heyətin Anıtqəbiri ziyarəti ilə başlayıb.

Ordu generalı Koşaner, digər güc komandanları və hərbi yetkililər Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkü anıblar. Sayğı duruşundan sonra İşıq Koşaner Şəfər dəftərini imzalayıb:

"Böyük öndər, əbədi baş komandan, Uca Atatürk. Millətimizin müstəqillik prinsipi ətrafında toplayıb qazandığın böyük zəfərin 88-ci ildönümünü qeyd etmənin sevincini yaşayırıq. Qazanılan bu böyük zəfər Türk tarixi üçün böyük bir dönüş nöqtəsi olması baxımından daşıdığı dəyərlə yanaşı, dövlətimizin sonsuza qədər birlik və bütövlük içərisində, çağdaş mədəniyyətlər arasında yerini almasının təminatı olan Cümhuriyyətə qovuşmanın da yolunu açıb.

Günümüzdəki müharibələrin zərurui etdiyi, müasir texnologiyanın məhsulu olan hərbi döyüş avtomobilləri, üstün təhsil və təcrübəyə sahib qəhrəman personalı ilə Türkiyə Silahlı Qüvvələri gücünü aldığı Uca Türk millətinin qürur mənbəyi olmağa davam edəcək.

Uca Atatürk. Sarsılmaz bir qərarlılıqla bağlı olduğumuz Atatürkçü düşüncə sisteminin dövlətimiz üçün daşıdığı önəmin fərqində olaraq əziz xatirən qarşısında sayğı ilə əyilirik. Ruhun şad olsun".

Anıtqəbirdəki törənlərdən sonra Baş Qərargahda tədbirlər davam etdirilib.

Hazırda Baş Qərargah rəisi və güc komandanları təbrikləri qəbul edir.

Tədbirlər Atatürk Mədəniyyət Mərkəzindəki hərbi paradla davam etdiriləcək.

Axşam isə Mərkəzi Ordu Evində ziyafət veriləcək.

İstanbulda da 30 avqust təntənə ilə qeyd edilir.

İlk törən Taksim Cümhuriyyət Anıtına çələng qoyulması ilə başlanıb. Törənə İstanbul valisi Hüseyn Avni Mutlu, Birinci Ordu komandanı, general Hayri Kıvrıkoğlu, İstanbul böyükşəhər bələdiyyə başqanı Kadir Topbaşla yanaşı, hərbi və mülki yetkililər qatılıb.

İstanbuldakı törənlər "Vətən" prospektində davam etdiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar