SON XƏBƏRLƏR

Məcid Təxt Rəvançi: “İranın ballistik raket proqramı davam etdiriləcək”

2021.12.15, 14:39
Məcid Təxt Rəvançi: “İranın ballistik raket proqramı davam etdiriləcək”

Gunaz.tv

İranın ballistik raket proqramını və raket buraxılış sistemlərindəki fəaliyyətini davam etdirəcəyini deyən Təxt Rəvançi iddia edib ki, İranın ballistik raket proqramının Vyanada aparılan nüvə danışıqlarına heç bir əlaqəsi yoxdur.

“Biz təhlükəsizliyimiz və sosial-iqtisadi maraqlarımız üçün vacib olan ballistik raketlər və kosmik buraxılış qurğuları üzərindəki fəaliyyətimizi davam etdirəcəyik”, -deyə İranın BMT-dəki daimi nümayəndəsi Məcid Təxt Rəvançi bildirib.

İranın BMT-dəki nümayəndəsi həmçinin sonda vurğulayıb ki, rəsmi Tehran Vyana danışıqlarında müzakirələrin nəticə verməsi üçün heç bir ilkin şərt və ya hər hansı yeni şərt irəli sürməyib. 

Qeyd edək ki, Tehranla Vyanada nüvə danışıqları aparan Qətb ölkələri son günlər İranın nüvə danışıqlarını uzatmala nüvə proqramını inkişaf etdirməyə çalışması barədə xəbərdarlıq ediblər.

Danışıqlara qatılan Avropa ölkələri həmçinin nüvə razılaşmasını canlandırmaq məqsədi ilə Vyanada aparılan danışıqların İranın Qərblə sazişə gəlməsi üçün son şans və fürsəti olduğunu vurğulayıblar.

A.M 
 

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar