SON XƏBƏRLƏR

Zənganda kənd evlərinin 63% fay xəttinin üzərində yerləşir

2021.12.28, 13:48
Zənganda kənd evlərinin 63% fay xəttinin üzərində yerləşir

Gunaz.tv

Zəngan əyalətinin Mənzil Fondunun başçısı ramin xaceyi əyalətdə kənd evlərinin 63%-nın fay xətti üzərində yerləşdiyi üçün yaşayışa riskli sayıldıqlarını deyib.

O, bundan çıxış yolunu evlərin möhkəmləndirilməsində, yeni yaşayış məntəqələrinin riskli bölgələrdən qıraqda salınmasında olduğunu söyləyib.

Xaceyi hal-hazırda ən riskli kənd evlərinin sayının 18734 mənzildən ibarət oldu\unu və onların möhkəmləndirilməsi üçün tədbirlər planı hazırladıqlarını bildirib.

Zəngan əyalətini 42 fay xətti təhdid edir və bunların ən təhlükəlisi Zəngan şəhərinin şimalında, Sultaniyə və Tarım şəhərində yerləşir.

Qeyd edək ki, 1990-cı ildə baş verən zəlzələ nəticəsində Zəngan əyalətinin Tarım bölgəsində çox sayda ev dağılmış və minlərlə insan həyatını itirmişdir.

C.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar