SON XƏBƏRLƏR

“Azərbaycana hər cür dəstək verməyə hazırıq” - Səlcuq Bayraqdar

2022.02.07, 10:52
“Azərbaycana hər cür dəstək verməyə hazırıq” - Səlcuq Bayraqdar

Gunaz.tv

Bunu “TEKNOFEST" Aerokosmik və Texnologiya Festivalı ilə bağlı Bakıda keçirilən mətbuat konfrasında “TEKNOFEST” Müşahidə Şurasının sədri, Türkiyənin Texnologiya Komandası Vəqfinin ("T3 Vakf"ı) rəhbəri Səlcuq Bayraqdar deyib:

"Bu, 1,2 milyonluq iştirakçı ilə dünyanın ilk geniş aerokosmik və texnologiya festivalıdır. Müstəqilliyimiz üçün milli müdafiə sənayesi əsas şərtdir. 

2018-ci ildə festival başlayanda 20 min tələbə qoşuldu, sonra onların sayı artdı. Məqsədimiz texnoloji gələcəkdir. Ona görə də hamını bu tədbirə qoşulmağa dəvət edirəm ki, güclü Azərbaycanın formalaşmasında sizin də rolunuz olsun.

Unutmayın, dünən, bu gün və sabah bizə tikansız gələcək təklif etməyəcək. 

Məhəmməd Əmin Rəsulzadə dediyi kimi, bir kərə yüksələn bayraq bir daha enməz. Gəlin bayraqlarımızın daha ucalarda dalğalanması üçün dəstəyimizi əsirgəməyək.

Bu festivala dəstək verən Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev başda olmaqla hər kəsə təşəkkür edirik". (modern.az)

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar