SON XƏBƏRLƏR

Xudafərin yaxınlığına gəzintiyə gəlmiş güneyli mədəni fəallar həbs olunub

2022.02.22, 06:18
Xudafərin yaxınlığına gəzintiyə gəlmiş güneyli mədəni fəallar həbs olunub

Gunaz.tv

Onların SEPAH məmurları tərəfindən saxlandıldığı bildirilir. 

Məlumata görə, güneyli şair Vuqar Nemət, milli-mədəni fəal Əli Nəsiri və Kəleybər şəhərindən olan başqa bir neçə nəfər sərhəd zolağından uzaqda olduqlarına baxmayaraq heç bir əsas göstərilmədən SEPAH əməkdaşları tərəfindən saxlanılaraq təcridxanaya aparılıblar.

Milli fəalların verdiyi məlumata görə, onlar iki gün dindirildikdən sonra fevralın 19-da zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıblar.

Milli fəalların verdiyi məlumatda adı çəkilən şəxslər Xudafərin körpüsü yaxınlığında yerləşən Zənbilan kəndi ərazisində yemək yedikləri zaman həbs olunublar.

Qeyd edək ki, bu yer bundan öncə Azərbaycan torpaqlarının Ermənistan işğalı altında olduğu vaxtlar gəzinti yeri kimi qıraqdan gələn çox sayda qonağın istirahət məkanı olub.

Azərbaycanın ikinci Qarabağ müharibəsindəki qələbəsindən soran İran hökuməti bölgəyə gediş-gəlişə nəzarəti gücləndirib.

Saxlanılan güneylilərin barəsində cinayət işinin açıldığı və işin araşdırılması üçün Xudafərin prokurorluğuna göndərildiyi qeyd olunub.

Qeyd edək ki, Vuqar Nemət bundan öncə dəfələrlə mədəni fəaliyyətlərinə və Qarabağın azad edilməsi əməliyyatlarına dəstək aksiyalarına qatıldığına görə saxlanılıb.

O, 2020-ci ilin oktyabr ayının 1-də Kəleybər şəhərinin Ettelaat İdarəsinin məmurları tərəfindən nəzarət altına alınıb və  bir neçə saat sorğu-sual olunduqdan sonra sərbəst buraxılıb.


Vüqar Nemət Güneydə nəşr olunan türkcə "Çıraq" qəzetinin baş redaktoru, eləcə də "Çıraq" adlı Telegram kanalının müdiridir. O, Azərbaycan türkcəsində yazılan 12 kitab və çoxsaylı məqalənin müəllifidir.

C.E    

 

İranlı milli fəal Vüqar Nemət həbs, daha sonra azad edilib

Vuqar Nemət

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar