G7: İran heç vaxt nüvə silahına sahib olmamalıdır
Rusiya: ABŞ-la İran arasında hərbi qarşıdurma yenidən başlaya bilər
FTB SEPAH üzvünü “ən çox axtarılan terrorçular” siyahısına daxil edib
Ukrayna üzrə sülh danışıqları Əbu-Dabidə başa çatdı; Trampın nümayəndələri Moskvaya gedir
QMİ: İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir
Möhsün Rzayi: ABŞ-ın Avropadakı hərbi bazalarını hədəfə alacağıq
İranda insanlar borclarını ödəmək üçün orqanlarını satışa çıxarırlar
İtaliya, Şotlandiya və Şimali İrlandiyada yüzlərlə məktəb bomba təhdidlərinə görə boşaldılıb
İranda polis üç bəlucu güllələdi
Ankara Ermənistanla sərhədin yalnız Bakı ilə sülhdən sonra açılacağını bildirdi
İranda daha iki qadın öldürüldü
ABŞ Ədliyyə Nazirliyi: Üç İran ünsürü Farford bazasında terror planında ittiham olundular
Tokayev ərəbcə sözlərdən imtinaya çağırdı
İran ayda bu qədər raket istehsal edir- "Bloomberg"
İrandan Azərbaycana 34 kq narkotikin keçirilməsinin qarşısı alınıb
“Ynet”: İsrail İranla fərqli müharibəyə hazırlaşır
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
Marağada iki iaşə obyekti bağlandı
Netanyahu ilə Tramp arasında gərgin telefon danışığı baş tutdu
İran AEBA-ya nüvə obyektlərini yoxlamağa icazə vermədi
İranla bağlı məxfi məlumatı paylaşanı 20 milyon dollar mükafat gözləyir
İranda daha üç məhbus edam edildi
Rubio: Tramp müharibə və ya razılaşma əvəzinə İran rejimini boğmaq yolunu seçib – “Axios”
Pompeo: Respublikaçılar İranla müharibəyə görə seçkilərdə səs itirdilər, lakin ABŞ mübarizəni davam etdirməlidir
İran Argentina ordusunu terror təşkilatı elan etdi
Sistan və Bəlucistanda mina partladı- Ölən var
Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib- Qalibaf
Məsud Pezeşkian Türkiyəyə səfər edib
Keçmiş hakimdən qalmaqallı açıqlama: Məndən Traktorun əleyhinə fit çalmağımı istədilər (VİDEO)
ABŞ: İran danışıqlarda qeyri-real şərtlər irəli sürür
İraq İran milli futbol komandasının təyyarəsinin enişinə icazə vermədi
Heqset: ABŞ İranın nüvə obyektlərini yaxından izləyir və yenidən zərbə endirməyə hazırdır
Binabda məhəllələrin Azərbaycan türkcəsindəki qədim adları lövhələrdə
İran polisi etnik bəlucu güllələyib
İranda daha beş etirazçı edama məhkum edildi
Mustafa Kamal Atatürkün anım günüdür
İran zənginləşdirməni birdəfəlik dayandırmalıdır!- Vadeful
İran həbsxanalarında aclıq aksiyası keçirilir
İsrail: İran Yaxın Şərqdən kənar ölkələr üçün də təhlükə olaraq qalır
Tam müharibə vəziyyətindəyik- Mühacirani
İrəvanda Azərbaycanın qədim tarixi abidəsi olan Göy Məscidin iclas zalına erməni şairin adı verildi
Təbriz restoranlarında canlı musiqiyə məhdudiyyətlər tətbiq edildi
Tramp: ABŞ istənilən vaxt İrana yenidən zərbə endirməyə hazırdır
Tədbirdə ilk olaraq AVH-nin İcraçı direktoru Mübariz Göyüşlü çıxış edərək Hərəkatın təsis olunduğu 2020-ci ildən bəri görülən işlər haqqında məlumat verib.
O, AVH-nin önəmli mövzularda beynəlxalq və yerli səviyyəli konfranslar keçirdiyini, görüşlər təşkil etdiyini, Azərbaycan və Türk Dünyası üçün əhəmiyyət kəsb edən mövzularda açıqlamalarla, bəyanatlarla çıxış etdiyini vurğulayıb.
Hərəkatın sıralarında əsasən ziyalıların birləşdiyini deyən M.Göyüşlü hər zaman Qarabağ mövzusuna həssas yanaşan təşkilatın təmsilçilərinin Qarabağdakı mədəniyyət abidələrinə qarşı ermənilərin törətdiyi soyqırımı ictimailəşdirməsinin önəmli olduğunu qeyd edib.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) kafedra müdiri, tarix elmləri doktoru, professor Camal Mustafayev “Şuşanın xanlıqlar dövrü abidələri və erməni vandalizmi” mövzusunda çıxış edib. Professor çıxışında Şuşanın, onun adının mənşəyi haqqında fikirlərini bildirib.
C.Mustafayev Şuşa şəhərindəki tikililər haqqında ətraflı danışıb. Çıxışçı Şuşa əhalisinin tərkibi barədə konfrans iştirakçılarına maraqlı və zəngin informasiya verib. ADNSU-nun kafedra müdiri ermənilərin Şuşadakı mədəniyyət abidələrimizə, məscidlərə, qalalara və s. qarşı törətdiyi soyqırım faktlarını sadalayıb.
AMEA A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Tofiq Nəcəfli “Füzuli rayonunun soyqırıma məruz qalmış tarixi mədəniyyət abidələri haqqında” mövzusunda çıxış edib. T.Nəcəfli çıxışında ermənilərin ən zəngin tarixi abidələrimizi məhv etdiklərini söyləyib.
O, düşmənlərimiz tərəfindən məscidlərimizin, digər mədəniyyət abidələrimizin qalıqlarının yer üzündən silindiyini açıqlayıb. Şöbə müdiri Füzuli rayonu ilə bağlı ermənilərin törətdikləri haqqında ətraflı bəhs edib və 16 abidənin, körpünün, hamamın və s. məhv edildiyini söyləyib. O, daha sonra mədəniyyətimizə qarşı törədilmiş soyqırımlar haqqında faktlarla məlumat verib və onların bərpasının vacib olmasının qeyd edib.
AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Qasım Hacıyev “Qarabağın maddi və mənəvi mədəniyyətinə qarşı erməni qəsdlərinin tarixindən” mövzusunda çıxış edib. 160 elmi əsərin, kitabın, monoqrafiyanın müəllifi olduğunu deyən Q.Hacıyev çıxışında Qarabağın qədim yaşayış məskəni olduğunu deyərək, Azıx mağarası haqqında danışıb.
Alim qədim daş abidələrin Azərbaycan cəmiyyətinin zəngin mədəniyyəti olduğunu söyləyib. O, Azıx mağarası və digər mədəniyyət abidələrindən, işğal dövründə onların tarixinin ermənilər tərəfindən saxtalaşdırılması cəhdlərindən də söz açıb.
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi Birliyinin sədri Fuad Hüseynzadə “Erməni vandalizmi beynəlxalq mediada” mövzusunda çıxış edib. F.Hüseynzadə beynəlxalq internet məlumatlarında Azərbaycan haqqında məlumatların az olmasını söyləyib. Çıxışçı beynəlxalq miqyasdakı araşdırmaçıların ermənipərəst mənbələrdən istifadə etdiklərini vurğulayıb. O, xarici mediada Qarabağla bağlı materialların müntəzəm şəkildə çap edilməsinin zəruriliyindən də bəhs edib.
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun bölmə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Təvəkkül Əliyev “İşğal dövründə "tədqiqat" adı ilə Azərbaycan mədəniyyətinə vurulan zərbə” mövzusunda çıxış edib.
T.Əliyev müharibəyə qədər azərbaycanlı alimlər tərəfindən Qarabağda arxeoloji tədqiqatların aparıldığını, kurqanlardan zəngin mədəniyyət nümunələri götürüldüyün söyləyib. Ermənilərin də işğal zamanı Qarabağda “tədqiqatlar” apardığını deyən T.Əliyev Xudavəng abidəsi haqqında danışarkən onun Azərbaycan-türk dilində “Tanrı evi” olmasını nəzərə çatdırıb. O torpaqlarımızın azad edilməsindən sonra onların yaxından öyrənilməsi imkanlarının yarandığını qeyd edib.
Memarlıq üzrə fəlsəfə doktoru, dosent Rizvan Qarabağlı “Azərbaycanda regional memarlıq məktəbləri və onlara erməni münasibəti” mövzusunda çıxış edib. R.Qarabağlı çıxışında memarlıq məktəbləri haqqında ətraflı məlumat verib, oxşarlıqlardan və fərqliliklərdən danışıb. Alim tanınmış memarlardan, onların rəhbərlik etdiyi məktəblərdən söz açıb. R.Qarabağlı Qarabağ memarlıq məktəbindən danışaraq onun üç mərhələdən ibarət olduğunu söyləyib. O, mədəniyyət abidələrimizdən, məscidlərimizdən, memarların fəaliyyətindən də ətraflı bəhs edib, bir sıra faktlar sadalayıb.
AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov “İşğaldan azad olunmuş ərazilərdəki tarix və mədəniyyət abidələrinə vurulan zərərlərin beynəlxalq ictimaiyyətə çatdırılması” mövzusunda çıxış edib. F.İsmayılov bildirib ki, ermənilər abidələrimizi dağıdır və onları dəyişdiriblər. Çıxışçı xüsusən də xristianlıq dövrünə aid 50-yə qədər abidəmizin ermənilər tərəfindən dəyişdirildiyini qeyd edib. Azərbaycanın Qarabağ bölgəsindəki abidələrin əksəriyyətinin işğal vaxtında xaricə satıldığını deyən F.İsmayılov Laçın muzeyindən oğurlanan abidələrdən nümunələr sadalayıb.
AVH-nin Məclis üzvü, AMEA Fəlsəfə və Sosiologiya İnstiutunun şöbə müdiri, fəlsəfə doktoru Məhəmməd Cəbrayılov “Milli mənəvi dəyırlərin qorunmasında tarixi yaddaş problemi” mövzusunda çıxış edib. O, tarixi yaddaşın, xalq yaddaşının önəmindən bəhs edib. M.Cəbrayılov qeyd edib ki, yaddaş baş verənlərin olduğu kimi gələcəyə ötürülməsi deməkdir. Mədəniyyət abidələrinin dağıdılmasını sərt şəkildə tənqid edən çıxışçı bununla xalqın keçmişinin silindiyini açıqlayıb.
AMEA A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, Dövlət Mükafatı laureatı Güntəkin Nəcəfli “Qarabağ: tarixi adlara və abidələrə qarşı erməni vandalizmi” mövzusunda çıxış edib. O, ermənilərin işğal siyasətindən danışaraq məqsədin əhalini məhv etməklə yanaşı tarixi abidələri dağıtmaq, ərazi iddialarını rəsmiləşdirmək olduğunu vurğulayıb.
G.Nəcəfli çıxışında ermənilərin türk toponimlərinin izlərini də məhv etməyə çalışdıqlarını söyləyib. Alim Ağdamın, Füzulinin, Kəlbəcərin, Zəngilanın və oradakı toplonimlərin dəyişdirilməsindən söz açıb. G.Nəcəfli Qarabağdakı 300-dən çox toponimin hamısının Azərbaycan türkcəsində olduğunu söyləyib.
AVH-nin İdarə Heyətinin üzvü, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarlı “Dünya mədəni irsinin qorunmasının beynəlxalq hüquqi əsasları və Qarabağ abidələrinə qarşı soyqırım siyasəti” mövzusunda çıxış edib. O, beynəlxalq miqyasda mədəniyyət abidələri ilə bağlı qəbul edilmiş qətnamələrə toxunub. M.Ağalarlı təəssüflə bildirib ki, qəbul edilmiş beynəlxalq sənədlər belə ermənilərin vandal hərəkətlərini dayandıra bilməyib. AVH təmsilçisi ermənilərin mədəniyyət abidələrimizi özününküləşdirmək cəhdlərinin baş tutumamasını da diqqətə çatdırıb.
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, dosent, tarix üzrə fəlsəfə doktoru Azad Zeynalov “Azıx mağarasında ermənilərin apardığı qeyri-qanuni qazıntıların nəticələrinə dair” mövzusunda çıxış edib. O, 2002-2019-cu illərdə ermənilərin Azıx mağarasında “tədqiqatlar” apardıqlarını söyləyib. A.Zeynalov ermənilərin buradakı saxtakarlıqlarından bəhs edib. Azıxdakı insanın çənə sümüyünün illər öncə azərbaycanlı alimlər tərəfindən 300 min il göstərildiyini deyən çıxışçı müasir texnologiyaların da hazırda bunu təsdiqlədiyini açıqlayıb.
AVH-nin Məclis üzvü, AMEA Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Həsənov “Qarabağda dini-tarixi abidələr” mövzusunda çıxış edib. O, Qarabağdakı İslam abidələrinin ermənilər tərəfindən məhv edildiyini, xristian abidələrinin isə saxtalaşdırıldığını qeyd edib.
B.Həsənov xüsusilə alban abidələrinə qarşı ermənilərin daha çox müdaxilə etdiklərini vurğulayıb. AVH təmsilçisi çıxışında məscidlərimizin əksəriyyətinin tamamilə dağıdılmasını təəssüflə bildirib.
Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, sosioloq Əfqan Vəliyev çıxışında ermənilərin törətdikləri soyqırımlardan, məscidlərə, tarixi abidələrə qarşı vandallıqlardan bəhs edib. Ə.Vəliyev faktlarla ermənilərin törətdikləri soyqırımlardan, onların vurduğu zərbələrdən danışıb.
Sonda Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent, Dövlət Mükafatı Laureatı Hacı Həsənov yekun çıxışı edib. O, bu mövzuda tədbirlərin, müzakirə və araşdırmaların daha çox aparılmalı olduğunu qeyd edib.
H.Həsənov düşmənə qarşı mübarizədə alimlərin aparıcı rola malik olduğunu deyərək ermənilərin mədəniyyət abidələrimizə qarşı törətdiyi soyqırımların araşdırılmasının önəmindən də bəhs edib.
Ayxan
İranda polis üç bəlucu güllələdi
ABŞ Ədliyyə Nazirliyi: Üç İran ünsürü Farford bazasında terror planında ittiham olundular
İrandan Azərbaycana 34 kq narkotikin keçirilməsinin qarşısı alınıb
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
İran Argentina ordusunu terror təşkilatı elan etdi
Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib- Qalibaf
Məsud Pezeşkian Türkiyəyə səfər edib
İran polisi etnik bəlucu güllələyib
Mustafa Kamal Atatürkün anım günüdür
İran həbsxanalarında aclıq aksiyası keçirilir
Tam müharibə vəziyyətindəyik- Mühacirani
Təbriz restoranlarında canlı musiqiyə məhdudiyyətlər tətbiq edildi
Binabda iş qəzası - Ölən var
Təqaüdçülər Həmədan və Zəncanda etiraz aksiyası keçirdilər
ABŞ İranla bağlı surpriz qərar verə bilər - Media
“Gələn həftə Si Cinpin və Putinlə görüşə bilərəm”
İranda daha dörd iaşə obyekti bağlandı
Daha bir etirazçı həbs və edam cəzasına məhkum edildi
İranın infrastrukturunu məhv etmək niyyətində deyilik- Tramp
Prezident İlham Əliyev Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Ərəb ölkələri Məkkə və Mədinəyə hücumları pisləyib
NYT: İsrail ABŞ-ni İranın potensial kimyəvi silah istifadəsi ilə bağlı xəbərdar edib
Qoşaçayda şagirdlər zəhərləndi
İranın Ermənistandakı səfirliyi İrəvanın Göy məscidi haqqında videomaterial yayımlayıb.
Tramp İrana qarşı yeni zərbələr və danışıqlar arasında seçim etməyə çalışır – Axios
Türkiyə Müdafiə Nazirliyi: İran ərazisindən açılan atəş nəticəsində türk əsgəri həlak olub
Tehranda binaların üstündə zenit toplar quraşdırılıb
ABŞ İrana görə daha iki şəxs və bir quruma sanksiya tətbiq etdi
Bu şəhərlər Təbrizə birləşdirilsin- Huşyar
Məkkə bölgəsində pilotsuz uçuş aparatı ələ keçirilib və məhv edilib; müsəlmanların qibləsi yenidən təhlükə ilə üz-üzədir
Qeşm adasında dörd güclü partlayış qeydə alınıb
İran kəşfiyyatının Azərbaycan hava limanlarının peyk görüntülərini əldə etdiyi bildirilir
Qaçqıların deportasiyası üçün ABŞ İranla gizli danışıq aparıb- Associated Press
İranda məhbuslar yenidən aclıq aksiyası keçiriblər
Səudiyyə Ərəbistanı və Suriya Hörmüz boğazında gəmiçiliyə qarşı təhdidlərin dayandırılmasına çağırıb – SPA
ABŞ İrana görə Kanada şirkətlərinə sanksiya tətbiq etdi
Üç şəhərdə daha yeddi məhbus edam edildi
Netaniyahuya görə həbs edilən təbrizli sərbət buraxılıb