SON XƏBƏRLƏR

İtaliyanın İrandakı səfiri Azərbaycan əyalətlərinə səfər edib

2022.05.13, 06:40
İtaliyanın İrandakı səfiri Azərbaycan əyalətlərinə səfər edib

Gunaz.tv

Səfir Təbrizin bələdiyyə başçısı Yəqub Huşyar və Qərbi Azərbaycan əyalətinin valisi Məhəmmədsadiq Mötəmediyanla görüşüb.

Təbriz və Urmu şəhərlərinin tarixi abidələrini ziyarət edən İtaliya səfiri Azərbaycanın zəngin tarixi keçmişini bəyəndiyini deyib və ölkəsi ilə Azərbaycan əyalətləri arasında mədəni və turizm sahələrində əlaqələrin genişləndirilməsini istəyib.

Cozüpe Azərbaycanın xüsusi iqtisadi, mədəni və turizm potensialına malik olduğunu deyib və Azərbaycanın tarixi-coğrafi əhəmiyyətini yaxşı bildiyini qeyd edib. 

O, Təbrizin bələdiyyə başçısı Yəqub Huşyarla görüşündə Təbrizin tarixi əzəmətinə heyranlığını ifadə edib və bu şəhərin mənəvi paytəxt olduğunu söyləyib.

4149059.jpg

Timur
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar