SON XƏBƏRLƏR

İranda iş adamları və mağaza sahiblərinin etiraz aksiyaları genişlənir

2022.06.15, 04:56
İranda iş adamları və mağaza sahiblərinin etiraz aksiyaları genişlənir

Gunaz.tv

Tehran, Kərəc, İsfahan, Minab, Şiraz, Ərak və başqa şəhərlərdə vergi idarələrinə qarşı toplaşan mağaza sahibləri hökumət əleyhinə şüarlar səsləndiriblər.

“Yarıtmaz məsul səni istəmirik”, “Ölüm olsun Rəisiyə” və başqa bu kimi şüarlar səsləndirən narazılar vergilərin bir neçə dəfə artırılmasına etirazlarını bildiriblər.

Onlar dolların bahalaşmasını, valyuta bazarındakı qeyri-sabitliyi və hökumətin özəl sektorun vergilərini artırmaq qərarını iş adamları və mağaza  sahiblərinin müflisləşməsinə gətirib çıxardığını deyiblər.

Bununla yanaşı, ayın 14-də İranın bir sıra şəhərlərində sosial təminat təqaüdçülərinin yaşayış şəraiti və maaşların aşağı olması ilə bağlı etiraz aksiyaları da davam edib. 

Cavidan
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar