SON XƏBƏRLƏR

Bəhmən Nəsirzadə həbs olundu

2021.10.20, 07:36
Bəhmən Nəsirzadə həbs olundu

Gunaz.tv

GünAzTv: Güney Azərbaycanın Makı şəhəri sakini, şair-müəllim, mədəni fəal cənab Bəhmən Nəsirzadə tutuqlanıb.

 

Təhlükəsizlik qüvvələri 2010-cu il may ayının 22-də (xordadln 1-i) səhər saat 2-də məhkəmə hökmü olmadan evə daxil olub, Nəsirzadəni yaxalayıblar. Məmurlar evdə axtarış aparıb, mədəni fəala aid fotoaparat, CDlər, kitablar, şeir və onun əlyazmalarını özləri ilə götürüblər.

 

Nəsirzadənin ailəsinə yaxın mənbələr bildirir ki, məhkəmə və təhlükəsizlik orqanları, onun saxlanıldığı məsuliyyətindən imtina edib, Nəsirzadənin harda saxlanıldığı barədə məlumat vermirlər.

 

Yerli mənbələr Nəsirzadənin yaxalandığını 22 may (1 xordad) milli qiyamın 4-cu ildönümü ilə bağlı yayılan bildirişlərlə ilgiləndirirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar