SON XƏBƏRLƏR

İran Ermənistanla birgə təlimlər keçirir

2022.08.16, 04:55
İran Ermənistanla birgə təlimlər keçirir

Gunaz.tv

Təlimlərdə Rusiya və Belarus da iştirak edib. Həmin təlimlərin sözçüsü Əli Bilali bu təlimlərin “Beynəlxalq Hərbi Yarışlar 2022” çərçivəsində olduğunu qeyd edib.

O, Kaşandakı PUA təlimlərinin bu gündən "elektrikli və porşenli mühərriklər" sahəsində təşkil olunduğunu və 12 gün  davam edəcəyini bildirib.

Bundan əvvəl Amerika rəsmiləri mediaya verdiyi müsahibədə bildirmişdilər ki, İran bir neçə həftə əvvəl bu ölkədə İranın pilotsuz döyüş təyyarələrindən istifadə etmək üçün Rusiya qüvvələrinə təlim keçib.

Bundan əvvəl Amerika rəsmiləri xəbərdarlıq etmişdilər ki, Rusiya Ukraynadakı müharibədə İranın döyüş pilotsuz təyyarələrindən istifadə etməyə çalışır.

Bu xəbərdarlığa baxmayaraq, Moskva və Tehran hərbi əməkdaşlığı davam etdiriblər və Müharibə Araşdırmaları İnstitutu avqustun 6-da Ukrayna prezidentinin müşaviri Oleksiy Arstoviçə istinadən bildirib ki, Rusiya Ukraynada İranın döyüş pilotsuz təyyarələrindən istifadə etməyə başlayıb.

Qeyd edək ki, İran, Ermənistan, Rusiya və Belarusun birgə təlimləri İsrailin müdafiə nazirinin Kaşan aviabazasını İran hava terrorunun regiona ixracında əsas mərkəz adlandırması ilə eyni vaxta təsadüf edir.

Cavidan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar