SON XƏBƏRLƏR

Şirazda güneyli türkoloq Hüseyn Düzgün anım mərasimi keçirilib

2022.09.01, 05:48
Şirazda güneyli türkoloq Hüseyn Düzgün anım mərasimi keçirilib

Gunaz.tv

Təhlükəsizlik idarəsindən zəng edərək qaşqay fəallarını mərasimin keçirilməsindən çəkindirməyə çalışıblar.

Bildirilib ki, əks təqdirdə ağır nəticələrlə üzləşəcəklər.

Qaşqay fəalların verdiyi məlumata görə, bütün bunlara baxmayaraq şəhərin "Bəhmən" mədəniyyət mərkəzində anım mərasimi baş tutub.

Qaşqay ziyalılar, mədəniyyət xadimləri və yazıçıları türkoloq barədə danışıb, şeirlər səsləndirib və Hüseyn Düzgünün xatirəsinə şamlar yandırıblar.

Qeyd edək ki, Tehranda yaşayan tanınmış alim, dilçi və türkoloq Hüseyn Məhəmmədzadə Sədiq avqustun 24-ü səhər saatlarında vəfat edib.

Avqustun 25-də onun nəşi Tehrandan doğma şəhəri Təbrizə gətirilib və "Vadi rəhmət" qəbristanlığında dəfn edilib.

Timur
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar