SON XƏBƏRLƏR

Həbs edilən daha bir güneyli hərbçinin kimliyi bəlli olub

2022.10.15, 09:21
Həbs edilən daha bir güneyli hərbçinin kimliyi bəlli olub

Gunaz.tv

İran İnsan Haqları Təşkilatı Arif Niyazi adlı hərbçinin Təbrizdə etiraz aksiyaları keçirildiyi zaman təhlükəsizlik məmurları tərəfindən həbs edilərək aparıldığını yazıb.

Onun ittihamları və harada saxlanıldığı barədə dəqiq məlumat əldə olmadığını bildirən təşkilat, Niyazinin ETTELAAT təcridxanasında ola biləcəyi ehtimalını irəli sürüb.

Qeyd edək ki, bununla yanaşı Ramin Behzad adlı başqa bir hərbi qulluqçuda saxlanılaraq Təbriz zindanına köçürülüb.

Bundan bir müddət öncə Təbrizdə yerləşən xüsusi təyinatlı qüvvələrin 121-ci briqadası və Mərəndin 321-ci briqadasının 19 azərbaycanlı zabit və hərbçisinin həbs edildiyi barədə məlumat verilmişdi.

Onların ittihamları barədə dəqiq açıqlamalar olmasada, hərbçilərin nümayişçilərə qarşı repressiyalara qatılmadıqları üçün cəzalandırıldıqları ehtimal edilir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar